Ofis işlərinin idarə olunmasını təmin edir, sosial media və sənəd dövriyyəsində təcrübə tələb olunur
Vakansiya haqqında
Dövlət qulluğuna qəbul üzrə ümumi müsahibə (DİM).
Struktur bölmə
Azərbaycan Respublikası Media və Yayım Şurası, Aparat, Sənədlər və vətəndaş müraciətləri ilə iş şöbəsi, Ümumi sənədlər və vətəndaş müraciətləri ilə iş sektoru
Vakant inzibati vəzifənin təsnifatı
5
Aylıq vəzifə maaşı
3720
Qulluq funksiyaları
- Sektorun işini təşkil edir və ona rəhbərlik edir
- Sektorun işçiləri arasında iş bölgüsünü aparır
- təşkilata daxil olan və göndərilən korrespondensiyanın (yazışmanın) vaxtında işlənməsini, onun təyinatı üzrə çatdırılmasını təmin edir, sənədlərin icra müddəti və onların düzgün rəsmiləşdirilməsi üzrə müntəzəm nəzarəti həyata keçirir
- Media və Yayım Şurasına daxil olan sənədləri qəbul edir, Elektron Sənəd Dövriyyəsi Sistemində qeydiyyatını aparır, aidiyyəti üzrə bölüşdürür və icraçılara çatdırır
- göndərilən sənədlərin qeydiyyatının aparılmasını, poçt və elektron poçt vasitəsilə ünvanlara çatdırılmasını təmin edir
- Şuranın elektron poçt ünvanına daxil olan xarici və yerli məktubların, vətəndaş müraciətlərinin qeydiyyatının aparılmasını təmin edir
- təhvil-təslim aktlarına və ləğv olunmuş blanklara dair aktları hazırlanmasını və qeydiyyatını aparılmasını təmin edir
- sənədləşdirmə materiallarının dövriyyəsinin uçotunu aparılmasını təmin edir, onların icrası üzərində nəzarəti həyata keçirir, icra olunmuş sənədləri ünvanlarına göndərilməsini təmin edir
- sənədlərin sistemləşdirilməsini və saxlanılmasını təmin edir
- sənədləri işlərin nomenklaturu üzrə formalaşdırılmasını və arxivə təhvil verilməsini təmin edir
- sənədləri qoruyub saxlayır və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin edir
- Xarici və beynəlxalq təşkilatlardan daxil olan sənədlərin qeydiyyatını aparır
- sektor üzrə əmək və icra intizamına, qulluq reqlamentinə və etik davranış qaydalarına əməl edilməsini təmin edir
- normativ-hüquqi aktların, eləcə də Şuranın metodiki sənədlərinin və sərəncam mahiyyətli sənədlərinin tələblərinə əməl edilməsini təmin edir
- fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və rəhbərlik tərəfindən verilmiş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
- Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
- İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi
02.11.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
01.12.2026 18:00
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Ofis administratoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 700 ₼.
63 açıq vakansiya, 69 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis administratoru kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 4 il iş təcrübəsi tələb olunur.
Rus dili B1 və İngilis dili B1 səviyyəsində tələb olunur.
MS Windows, MS Office və İnternetdən yüksək səviyyədə istifadə bacarığı tələb olunur.
Müsahibə 02.11.2026 tarixində, sənədlərin qəbulu 01.12.2026 saat 18:00-dəkdir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis administratoru üzrə Bakıda digər açıq elanlar.
Ofisin gündəlik inzibati işlərini idarə edir, minimum 2 il təcrübə tələb olunur
Ofisin gündəlik inzibati işlərini idarə etmək və sənəd dövriyyəsini təşkil etmək tələb olunur
Ofisin gündəlik fəaliyyətini idarə etmək və MS Office proqramlarında sərbəst işləmək bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


