Qida sahəsində keyfiyyət standartlarının tətbiqini və daxili auditləri həyata keçirmək tələb olunur
Vakansiya haqqında
Tələblər:
- Qida məhsullarının mühəndisliyi, qida təhlükəsizliyi, standartlaşdırma və sertifikasiya, metrologiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və digər beynəlxalq standartlar üzrə biliklər;
- Keyfiyyət idarəetmə sistemləri və daxili audit prosesləri üzrə biliklər;
- Prosedurların, təlimatların və digər sistem sənədlərinin hazırlanması və idarə olunması bacarığı;
- MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilmək;
- Analitik düşünmə, ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarıqları.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq standartların tələblərinə uyğun prosedurların, təlimatların, proseslərin və digər sistem sənədlərinin hazırlanmasını və yenilənməsini təmin etmək;
- Şirkətdə tətbiq olunan sənədlərin qeydiyyatının və dövriyyəsinin aparılmasına, habelə sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək;
- İllik audit planına uyğun daxili auditlər keçirmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Auditlər və proseslərin fəaliyyəti zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirləri təşkil etmək və izləmək;
- Keyfiyyət hədəfləri üzrə göstəriciləri təhlil etmək, nəticələrə dair hesabatlar hazırlamaq;
- Şirkətdə beynəlxalq standartların tətbiqini, idarəetmə sistemlərinin davamlı fəaliyyətini və təkmilləşdirilməsini təmin etmək;
- Sertifikatlaşdırma auditlərində iştirak etmək və standartların tələblərinə uyğunluğun qorunmasına dəstək göstərmək;
- İşçilər üçün standartlar, keyfiyyət idarəetmə sistemləri və prosedurların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
- Biznes proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq.
İş şərtləri və əlavə üstünlüklər:
- İş yeri: Xudat şəhəri;
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “Dəyərlisən” mobil tətbiqi – PAŞA Loyallıq platforması.
Vakansiya ilə bağlı “Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 1 100 ₼.
13 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Food City Aqrokompleks beynəlxalq ticarətin həyata keçirildiyi çoxfunksiyalı logistik mərkəzdir. Kompleks logistika şirkətlərinə, brokerlərə, istehsalçılara və treyderlərə ixrac, idxal, tranzit həmçinin reeksport əməliyyatları üzrə geniş…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xudat şəhərində yerləşir.
CV göndərmək tələb olunur, mövzu hissəsində vəzifə adı qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSon müraciət tarixi 3 dekabr 2026-cı ildir.
Azərbaycan dili əla, rus və ingilis dilləri orta səviyyədə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Xudatda digər açıq elanlar.
Qida təhlükəsizliyi və keyfiyyət idarəetməsini həyata keçirir, ISO və HACCP bilikləri tələb olunur.
Qida təhlükəsizliyini təmin edir, HACCP və sanitariya-gigiyena biliklərinə malikdir.
Bölmənin fəaliyyətini təşkil edir, keyfiyyətə nəzarət və laboratoriya işlərini idarə edir, ISO standartlarını bilir.




