Vakansiya haqqında

Grand Catering QSC vakansiya elan edir | Qida Təhlükəsizliyi üzrə Mütəxəssis axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Xammalın, yarımfabrikatların və hazır qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu və uyğunluğunu yoxlamaq;
  • Qida məhsullarının qəbulu, satın alınması, istehsalı, saxlanılması və daşınması proseslərinin qüvvədə olan qanunvericiliyin və sanitariya-gigiyena tələblərininə uyğunluğuna nəzarət etmək;
  • Qida məhsullarının keyfiyyət göstəricilərini, yararlılıq müddətini, saxlanma şəraitini, temperatur və rütubət rejimini yoxlamaq;
  • İstehsal və xidmət proseslərində əməkdaşların şəxsi gigiyena qaydalarına riayət etmələrinə, eləcə də iaşə və istehsalat sahələrinin, avadanlıqların və inventarların təmizlənməsi və dezinfeksiyasının müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • İaşə və istehsalat bölmələrində gündəlik, həftəlik və aylıq sanitariya-gigiyena yoxlamalarını aparmaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını izləmək;
  • Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların müəyyən edilməsinə, istifadəsinin qarşısının alınmasına və silinməsi prosesinin müvafiq qaydada sənədləşdirilməsinə nəzarət etmək;
  • Qida təhlükəsizliyi və istehsal proseslərinə nəzarətlə bağlı hesabatları, jurnalları, aktları və digər müvafiq sənədləri hazırlamaq və aparmaq;
  • Aşkar edilmiş uyğunsuzluqlar üzrə aktlar tərtib etmək, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Qida məhsulları ilə işləyən əməkdaşların vaxtında tibbi müayinədən keçmələrinə və müvafiq tibbi sənədlərin mövcudluğuna nəzarət etmək;
  • Qida təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə təkliflər vermək;
  • Qida təhlükəsizliyi üzrə daxili prosedurların və təlimatların tətbiqinə dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə aid edilmiş digər tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Qida texnologiyası, qida təhlükəsizliyi, qida mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Qida təhlükəsizliyi, sanitariya-gigiyena normaları, qida məhsullarının saxlanılması və istehsalı üzrə biliklər;
  • HACCP prinsipləri və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə biliklər;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili – əla, ingilis və rus dilləri – arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər, 1C bilikləri – üstünlükdür;
  • Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və sənədləşmə bacarığı.

Sizə nə təklif edirik?

  • Şirkət tərəfindən təmin olunan nahar
  • Korporativ mobil nömrə və danışıq paketi
  • Peşəkar inkişaf və karyera imkanları
  • Dinamik və inkişafyönümlü iş mühiti

Ünvan: Bakı şəhəri, Sarabski Plaza

Əmək haqqı: 1000-1300 AZN - NET

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Sarabski Plaza
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 300 ₼
Yerləşdirilib
22 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 noyabr 2026
HRX ilə müraciət
6
Baxış
176

Maaş bazarla müqayisədə

Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 1 150 ₼.

bu vakansiya · 1 000–1 300 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

16 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Sarabski Plaza yerləşir.

İş saatları və rejimi barədə məlumat verilməyib.

Əmək haqqı 1000-1300 AZN NET-dir.

Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.

Namizədlər CV-lərini müraciət formunu dolduraraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
1 000–1 300 ₼
Qida təhlükəsizliyi üzrə mütəxəssis
Müraciət et