SƏTƏMM proseslərinə nəzarət edir və risklərin qiymətləndirilməsi üzrə təcrübəyə malikdir.
Vakansiya haqqında
Grand Agro Invitro MMC SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
- Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət etmək;
- İstehsalat, laboratoriya, istixana və digər iş sahələrində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- İş yerlərində riskləri qiymətləndirmək, təhlükələri müəyyən etmək və onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
- İşçilər üçün ilkin, təkrar və növbədənkənar təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq sənədləşməni aparmaq;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- İstehsalatda baş verən bədbəxt hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək, qabaqlayıcı tədbirlər hazırlamaq;
- Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Kimyəvi maddələrin saxlanılması, istifadəsi və utilizasiyası zamanı təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- SƏTƏM üzrə mütəmadi yoxlamalar aparmaq, uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
- SƏTƏM sənədlərini, təlimatlandırma jurnallarını və yoxlama aktlarını hazırlamaq və aktual saxlamaq.
Namizədə tələblər
- Ali təhsil (müvafiq sahə üzrə təhsilə üstünlük verilir);
- SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə normativ tələblərini bilmək;
- İstehsalat, istixana və laboratoriya mühitində iş təcrübəsi üstünlükdür;
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamalarının aparılması üzrə praktiki biliklər;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, təşəbbüskarlıq və effektiv ünsiyyət bacarığı;
- SƏTƏM üzrə müvafiq sertifikatların olması üstünlükdür.
Şirkət tərəfindən təklif olunur
- 5 günlük iş həftəsi;
- Peşəkar inkişaf imkanları;
- “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
- Şirkət hesabına gündəlik nahar;
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
İş yeri və müraciət qaydası
- İş yeri: Bakı şəhəri, Türkan qəsəbəsi
- İş qrafiki: 5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 600–1 300 ₼ ödəyir, median — 950 ₼.
18 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Türkan qəsəbəsidir.
İş həftəsi 5 gündür.
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
Ali təhsil və SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
MS Office proqramlarında işləmək bacarığı tələb olunur.
SƏTƏM üzrə müvafiq sertifikatlar üstünlükdür.
CV-lər mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
SƏTƏM üzrə mütəxəssis təhlükəsizlik hesabatları hazırlayır və risk qiymətləndirir, minimum 3 il təcrübə tələb olunur.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, ən azı 3 il təcrübəsi var.
SƏTƏM planları hazırlayır, riskləri qiymətləndirir və təhlükəsizlik təlimləri keçirir.




