İstehsalatda əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə təhlükəsizlik tədbirləri həyata keçirir, 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş barədə məlumat:
- "Global Media Group" şirkətlər qrupuna daxil olan müəssisələrdə SƏTƏMM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) proseslərinə ümumi nəzarətin olunması;
- Tərkibdəki şirkətlərin SƏTƏMM üzrə məsul şəxslərinin fəaliyyətinin koordinasiya edilməsi, işlərinə nəzarət olunması və müntəzəm monitorinqlərin keçirilməsi;
- SƏTƏMM sahəsi üzrə daxili qayda, təlimat və prosedur layihələrinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
- Risklərin qiymətləndirilməsi prosesində iştirak və önləyici tədbirlər planının hazırlanması;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
- Baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin araşdırılması, səbəblərinin təhlili və təkrar olunmaması üçün təkliflərin verilməsi;
- Rəhbərliyə SƏTƏMM üzrə dövri hesabatların hazırlanması və təqdim olunması.
Namizədə tələblər:
- Təhsil: Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar əsas (müvafiq) sahə üzrə ali təhsil mütləqdir;
- İş təcrübəsi: SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi;
- Xüsusi tələb: Hərbi sistemi, hərbi intizam və təhlükəsizlik qaydalarını bilən namizədlərə üstünlük veriləcəkdir;
- Sertifikatlar: SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatların (NEBOSH, IOSH və s.) olması arzuolunandır;
- Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməli;
- Səriştələr: Yüksək təşkilatçılıq və analitik təhlil bacarığı, prinsipiallıq, nəzarətetmə və komanda ilə işləmə qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qida təhlükəsizliyi üzrə mütəxəssis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 800 ₼.
21 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qida təhlükəsizliyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar sahə üzrə ali təhsil tələb olunur.
NEBOSH, IOSH və digər SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatlar arzuolunandır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməlidir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQida təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət edir, ən azı 3 il təcrübəsi var.
İş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə nəzarət edir, minimum 1 il təcrübə tələb olunur.
SƏTƏM üzrə mütəxəssis təhlükəsizlik hesabatları hazırlayır və risk qiymətləndirir, minimum 3 il təcrübə tələb olunur.




