Ailəvi əyləncə parkında qonaqları qarşılayır və problemləri həll edir.
Vakansiya haqqında
German Dental Clinic Baku komandasına yüksək ünsiyyət bacarıqlarına malik, məsuliyyətli və peşəkar resepsionist axtarırıq.
German Dental Clinic Baku Alman tibbi standartlarına uyğun fəaliyyət göstərən, müasir rəqəmsal texnologiyalarla təchiz edilmiş stomatoloji mərkəzdir. Məqsədimiz hər bir pasiyentə yüksək səviyyədə xidmət göstərmək və rahat klinika təcrübəsi təmin etməkdir.
Namizədə tələblər
- Azərbaycan, Rus və ingilis dillərini sərbəst bilmək mütləqdir;
- Yüksək ünsiyyət və xidmət bacarıqları;
- Səliqəli, nəzakətli və peşəkar görünüş;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Resepsionist və ya müştəri xidmətləri sahəsində təcrübə mütləqdir.
- Yaş: 25+
Vəzifə öhdəlikləri
- Pasiyentlərin mehriban və peşəkar şəkildə qarşılanması;
- Telefon zənglərinin cavablandırılması və müraciətlərin idarə edilməsi;
- Pasiyentlərin qəbul üçün qeydiyyata alınması və görüşlərin planlaşdırılması;
- Azərbaycan, rus və ingilis dillərində pasiyentlərlə ünsiyyət;
- WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə müraciətlərin cavablandırılması;
- Həkimlərin qəbul qrafikinin koordinasiyası;
- Resepsion sahəsində nizam-intizamın və yüksək xidmət standartlarının qorunması.
İş şəraiti və təklifimiz
- Əmək haqqı: 800–1000 AZN
- Müasir və rahat iş mühiti;
- Peşəkar və mehriban komanda;
- Stabil iş şəraiti və inkişaf imkanı.
- İş qrafiki - 6 günlük iş həftəsi. Növbəli qrafik: 09:00–18:00 və 12:00–21:00.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə 070 676 88 80 nömrəsinə göndərə bilərlər.
Müraciət zamanı mesajda “Resepsionist vakansiyası” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Resepsiyonist üzrə bazar adətən 550–750 ₼ ödəyir, median — 600 ₼.
29 açıq vakansiya, 43 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Resepsiyonist kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
6 günlük iş həftəsi, növbəli qrafikdə 09:00–18:00 və 12:00–21:00 saatları arasında işləmək tələb olunur.
Əmək haqqı 800–1000 manat arasında dəyişir.
Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək mütləqdir.
Namizədlər CV-lərini WhatsApp vasitəsilə göndərməlidir, mesajda “Resepsionist vakansiyası” qeyd olunmalıdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarResepsiyonist üzrə Bakıda digər açıq elanlar.
Müştəriləri qarşılamaq, sənədləri idarə etmək və satış şöbəsinə inzibati dəstək vermək.
Şirkətin qonaqlarını qarşılayır, telefon zənglərinə cavab verir və administrativ işləri dəstəkləyir.
Pasiyentlərin qarşılanması və qeydiyyatı ilə məşğul olan, ünsiyyət bacarığı tələb olunan iş.



