Vakansiya haqqında

Vəzifə funksiyaları:

  • Müştəriləri, qonaqları və ofisə gələn ziyarətçiləri qarşılamaq və onları peşəkar şəkildə yönləndirmək;
  • Reception funksiyalarını yerinə yetirmək və yüksək səviyyəli müştəri xidmətini təmin etmək;
  • Satış şöbəsinə gündəlik inzibati və əməliyyat dəstəyi göstərmək;
  • Görüşlərin, təqdimatların və digər müştəri tədbirlərinin təşkilində Satış menecerlərinə kömək etmək;
  • Sənədlərin hazırlanması, çapı, skan edilməsi, çeşidlənməsi və arxivləşdirilməsini həyata keçirmək;
  • İmzalanmış müqavilələrin və digər sənədlərin skan edilməsini, sistemləşdirilməsini və müvafiq qaydada saxlanılmasını təmin etmək;
  • Tələb olunan sənədlərin mövcudluğuna və düzgünlüyünə nəzarət etmək;
  • Gündəlik inzibati və ofis məsələləri üzrə Satınalma (Procurement) şöbəsi ilə əməkdaşlıq etmək;
  • Təqdimatların, qiymət siyahılarının, kommersiya təkliflərinin və digər satış materiallarının hazırlanmasına dəstək göstərmək;
  • Müştərilər üçün zəruri sənədləri hazırlamaq və çap etmək;
  • Zərurət yarandıqda daxili sistemlərə və CRM platformasına məlumatları daxil etmək və yeniləmək;
  • Satış şöbəsi ilə digər struktur bölmələr arasında sənəd dövriyyəsini əlaqələndirmək;
  • Satış menecerlərinə gündəlik iş proseslərində operativ dəstək göstərmək;
  • Satış ofisində nizam-intizamı və iş mühitinin təşkilini təmin etmək;
  • Rəhbərlik və satış şöbəsi tərəfindən verilən cari inzibati tapşırıqları yerinə yetirmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • İş Təcrübəsi: Office Administrator, Receptionist, Customer Service Specialist və ya oxşar vəzifələrdə iş təcrübəsi üstünlükdür;
  • Müştərilərlə, xüsusilə premium seqment müştəriləri ilə iş təcrübəsi;
  • Azərbaycan dilində və rus dili şifahi və yazılı ünsiyyət bacarığı;(ingilis dil üstünlükdür)
  • Yüksək kommunikasiya bacarıqları və peşəkar təqdimat görünüşü;
  • MS Office proqramlarından, xüsusilə Word və Excel-dən sərbəst istifadə bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Dinamik iş mühitində sakitliyi və peşəkarlığı qorumaq bacarığı;

İş Şəraiti:

  • İş qrafiki: 5 günlük
  • İş saatları: 10:00 – 19:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı 1000-1200 AZN

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Reception” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 200 ₼
Yerləşdirilib
13 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
13 noyabr 2026
HRX ilə müraciət
5
Baxış
253

Maaş bazarla müqayisədə

Resepsiyonist üzrə bazar adətən 550–750 ₼ ödəyir, median — 600 ₼.

bu vakansiya · 1 000–1 200 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

29 açıq vakansiya, 43 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Resepsiyonist kimi öz maaşını yoxla

Şirkət haqqında

Avant Construction
Construction · Baku
Avant Construction — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş qrafiki 5 günlük, iş saatları 10:00-dan 19:00-dəkdir.

Əmək haqqı 1000-1200 manat aralığındadır.

Şirkət tərəfindən nahar təmin olunur.

Ali təhsil tələb olunur, oxşar vəzifələrdə iş təcrübəsi üstünlükdür.

MS Office proqramlarından, xüsusilə Word və Excel-dən sərbəst istifadə bacarığı tələb olunur.

Azərbaycan və rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı tələb olunur, ingilis dili üstünlükdür.

CV formalarını mövzu yerinə “Reception” yazaraq elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Resepsiyonist üzrə Bakıda digər açıq elanlar.

Grand Midway Hotel
Junior · 1 ilBakı
600–650₼

Qonaqların rezervasiyalarını idarə edir və yüksək səviyyədə müştəri xidməti göstərir.

TeamworkReservation ManagementCustomer ServiceMicrosoft Office+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
800–1 000₼

Pasiyentləri qarşılayır, zəngləri cavablandırır və görüşləri planlaşdırır, yüksək ünsiyyət bacarığı tələb olunur.

MultitaskingTeamworkCommunication skillsCustomer Service+1
Müraciət et
400–600₼

Qonaqları qarşılayır, rezervasiyaları idarə edir və otel xidmətini təmin edir, İngilis dili vacibdir.

Customer ServiceReservation ManagementCommunication skillsComputer Literacy+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 000–1 200 ₼
Reseptionist
Müraciət et