Təchizat proseslərini idarə edir, satınalma və idxal üzrə ən azı 2 il təcrübəsi var.
Vakansiya bağlanıb
Bu elan artıq aktiv deyil. Aşağıda Satınalma mütəxəssisi üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.
Vakansiya haqqında
Sofcon Group satınalma komandamıza qoşulacaq, yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq edəcək Kiçik Satınalma üzrə Mütəxəssis axtarır.
Satınalma sahəsində təcrübəsi olan, analitik düşünmə, danışıqlar aparmaq və satınalma proseslərini effektiv idarə etmək bacarığına malik namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
- Satınalma sorğularının hazırlanması və qiymət təkliflərinin toplanması;
- Yerli və xarici təchizatçılarla işgüzar yazışmaların və danışıqların aparılması;
- Kommersiya təkliflərinin təhlili və müqayisəsi;
- Sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinin izlənilməsi;
- Təchizatçılarla əməkdaşlığın qurulması və satınalma sənədlərinin aparılması.
Namizədə dair tələblər
- Satınalma, təchizat və ya əlaqəli sahədə 1-3 il iş təcrübəsi;
- Rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Yapon, Çin dili əlavə üstünlükdür
- MS Office, xüsusilə Excel bilikləri;
- Təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı;
- Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik;
- Tapşırıqları müstəqil və vaxtında icra etmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- İş yeri: Bakı;
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir;
- Peşəkar inkişaf və beynəlxalq iş mühitində təcrübə qazanmaq imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Junior Procurement Specialist qeyd etməklə aşağıdakı elektron poçt ünvanlarına göndərə bilərlər:
- [email protected]
- [email protected]
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 480 ₼.
87 açıq vakansiya, 51 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Təchizatçıları idarə edir, satınalma proseslərini aparır və beynəlxalq ticarət biliklərinə malikdir.
Satınalma ehtiyaclarını planlaşdırır, təchizatçı ilə danışıqlar aparır və qiymət təhlili bacarığı tələb olunur.
Beynəlxalq təchizatçıların araşdırılması və satınalma əməliyyatlarının dəstəklənməsi üzrə iş.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





