Xarici təchizatçılarla danışıqlar aparır, satınalma prosesini planlaşdırır və idarə edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Satınalma prosedurlarının keçirilməsi məqsədilə etender.gov.az elektron dövlət satınalmaları portalında müvafiq elanların hazırlanması və yerləşdirilməsi;
- Satınalma predmetinə uyğun olaraq əsas şərtlər toplusunun hazırlanması və müvafiq qaydada rəsmiləşdirilməsi;
- Satınalma komissiyasının iclaslarının təşkili və keçirilən iclaslar üzrə protokolların hazırlanması;
- Satınalma prosedurlarının nəticələrinə dair yekun protokolun hazırlanması və rəsmiləşdirilməsi;
- Satınalma predmetləri üzrə bazar araşdırmalarının aparılması və ehtimal olunan qiymətin hesablanması;
- Təkliflərin açılışından sonra təchizatçıların təqdim etdikləri sənədlərin və təkliflərin əsas şərtlər toplusunun tələblərinə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
- Cəmiyyətin struktur bölmələrindən daxil olan tələbatlar əsasında illik satınalma planının hazırlanması, ümumiləşdirilməsi və zərurət yarandıqda müvafiq dəyişikliklərin edilməsi;
- Satınalma prosedurlarının qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- etender.gov.az portalında işləək bacarığının olması mütləqdir;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə biliklərin olması mütləqdir;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Dalğa plaza
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: Seçimə əsasən (08:00-17:00 və ya 09:00 – 18:00)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
87 açıq vakansiya, 63 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Dalğa plaza yerləşir.
5 günlük iş rejimi (bazar ertəsi – cümə), iş vaxtı 08:00-17:00 və ya 09:00-18:00 seçiminə əsasəndir.
Müraciətdə minimum əmək haqqı tələbini göstərmək lazımdır.
Namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd edilməlidir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Dövlət satınalmalarını idarə edir və tender sənədlərinin hazırlanmasında təcrübə tələb olunur
Xarici satınalma proseslərini idarə edir və satınalma sahəsində minimum 2 il təcrübə tələb olunur
İT avadanlıqları və proqram təminatı satınalmasını idarə etmək üçün təcrübəli mütəxəssis tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





