Satınalma prosesini idarə edir, bazar araşdırması aparır və təchizatçı əlaqələrini qurur.
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: AF Mall
- İş qrafiki: 5 gün 10:00 – 18:00
- Maaş: sınaq müddəti ərzində 700 AZN fiks + satış faizi, sınaq müddəti bitəndən sonra fiks maaş artacaq.
PilatesLife komandası üçün satış və satınalma sahəsində çalışacaq, eyni zamanda müxtəlif layihələrin idarə olunmasında iştirak edəcək məsuliyyətli və çoxfunksiyalı əməkdaş axtarırıq.
Əgər aktiv, operativ, təşəbbüskar və müasir iş prinsipləri ilə işləməyi sevən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr:
- Satış və satınalma proseslərinin koordinasiyası və idarə olunması
- Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıqların qurulması
- Məhsul və xidmətlərin qiymət analizinin aparılması
- Sifarişlərin hazırlanması və prosesin nəzarətdə saxlanılması
- Müxtəlif layihə və tədbirlərin təşkilində aktiv iştirak
- Şirkətin gündəlik əməliyyat proseslərinə dəstək
- Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
- Komanda ilə koordinasiyalı şəkildə işləmək
- Ofis proqramlarında sənədlərlə işləmək və məlumat bazalarının idarə olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi
Namizədə tələblər:
- Azərbaycan və rus dillərini sərbəst bilmək — mütləqdir
- İngilis dili biliyi üstünlükdür
- Kompüter proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- MS Office proqramlarını yaxşı bilmək
- 1C proqramı üzrə biliklər üstünlükdür
- Analitik düşüncə və təşkilatçılıq bacarığı
- Çoxşaxəli iş mühitində işləmək qabiliyyəti
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
Biz nə təklif edirik:
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul
- Stabil və uzunmüddətli iş imkanı
- Gənc, pozitiv və dəstəkçi kollektiv
- Rahat və müasir iş mühiti
- İnkişaf və yeni layihələrdə iştirak imkanı
- Dinamik və motivasiyaedici iş atmosferi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 400 ₼.
87 açıq vakansiya, 45 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri AF Mall-dadır.
İş həftədə 5 gün, saat 10:00-dan 18:00-dəkdir.
Sınaq müddətində 700 ₼ fiks maaş və satış faizi, sonra fiks maaş artır.
Bəli, rəsmi əmək müqaviləsi ilə işə qəbul edilir.
Azərbaycan və rus dillərini sərbəst bilməlidir, ingilis dili üstünlükdür.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Təchizat proseslərini idarə edir, satınalma və idxal üzrə ən azı 2 il təcrübəsi var.
Material və avadanlıq tələbatını müəyyənləşdirir, satınalma prosesini idarə edir və 3-5 il təcrübə tələb olunur.
Dövlət satınalmalarının təşkili və həyata keçirilməsində iştirak edir, ən azı 2 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





