Satış və satınalma proseslərini idarə edir, analitik düşüncə və MS Office bilikləri tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində iştirak etmək;
- Təchizat planının hazırlanmasına və icrasına nəzarət etmək;
- Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək;
- Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli təhlilini aparmaq;
- Satınalma sifarişlərinin (PO) hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək;
- Təchizat müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək;
- Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək;
- Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
- Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
- Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq;
- Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini izləmək;
- Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq;
- Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- 1C proqramı ilə işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək;
- Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar haqqında bilik;
- Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
- Dinamik iş mühitində operativ qərarvermə və yüksək kommunikasiya bacarığı;
- Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 400 ₼.
87 açıq vakansiya, 45 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Həftədə 5 iş günü, 2 gün istirahət.
Minimum 3-5 il iş təcrübəsi tələb olunur.
Microsoft Office proqramları, xüsusilə Excel və 1C proqramı bilməlidir.
Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilməlidir.
Mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd olunmuş şəkilli CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Təchizat proseslərini idarə edir, satınalma və idxal üzrə ən azı 2 il təcrübəsi var.
Təchizatçıları idarə edir, satınalma proseslərini aparır və beynəlxalq ticarət biliklərinə malikdir.
Satınalma üzrə mütəxəssis təchizatçıların seçilməsi və müqavilə danışıqları aparır, analitik bacarıq tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





