Xarici bazarlarda məhsul və təchizatçı araşdırması aparır, satınalma sorğularını idarə edir, ERP bilik tələb olunur.
Vakansiya haqqında
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;
- Mövcud daxili prosedur və qaydalara uyğun fəaliyyət göstərmək
- Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq (məs., malın çatdırma vaxtı, satınalma üzrə minimum həcm, standart xərclər, malın qalıq miqdarı, tədarükçülər haqqında məlumat, və s.);
- Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan xərcləri haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;
- Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
- Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;
- Tələb olunduqda, təchizatçının nümayəndələri ilə görüşlər keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək;
- Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;
- Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək; xərclərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək;
- Təkliflərin toplanması, müqayisə cədvəllərinin hazırlanması və təsdiq prosesində iştirak etmək
- Təchizatçıların performansı, çatdırılma keyfiyyəti və xidmət səviyyəsinin izlənilməsində iştirak etmək
- Təcili və əməliyyat yönümlü satınalma tələblərinin operativ və vaxtında həyata keçirilməsini təmin etmək;
- Satınalma sənədlərinin düzgün və audit tələblərinə uyğun saxlanılmasını təmin etmək
- ERP sistemində sifarişlərin, vendor məlumatlarının və satınalma əməliyyatlarının düzgün aparılması
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 850–1 900 ₼ ödəyir, median — 1 275 ₼.
96 açıq vakansiya, 40 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı barədə məlumat verilməyib.
Namizədin təqdim etməli olduğu sənədlər barədə məlumat verilməyib.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Xarici satınalma üzrə köməkçi kimi tədarükçülərlə yazışma və qiymət sorğularını hazırlamaq.
Tədarükçülərin idarə olunmasında iştirak edir və sənədlərin düzgünlüyünü yoxlayır.
Satınalma proseslərini idarə edir, təchizatçıları araşdırır və danışıqlar aparır, 1 ildən çox təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





