Tender və satınalma üzrə aparıcı mütəxəssis

Buta Park

Vakansiya haqqında

İş barədə məlumat

  • Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.
  • Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.
  • Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza Satınalma və Tender üzrə Mütəxəssis axtarırıq.
  • Namizədin əsas vəzifəsi şirkətin iştirak etdiyi tikinti, təmir, fit-out və MEP tenderlərinin hazırlanması, layihə sənədlərinin və BOQ-ların təhlili, bazar qiymətlərinin araşdırılması, təchizatçı və subpodratçılardan kommersiya təkliflərinin alınması və layihə üzrə rəqabətqabiliyyətli qiymət təklifinin formalaşdırılması olacaq.
  • Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7
  • İş təcrübəsi: 5 ildən çox
  • Əməkhaqqı: 1000–1500 AZN
  • İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00

Əsas vəzifələr

  • Dövlət və kommersiya tenderlərinin izlənilməsi;
  • Tikinti, təmir və MEP sahəsində elan olunan tenderlərin araşdırılması və uyğun tenderlərin müəyyən edilməsi;
  • Tender sənədlərinin, texniki şərtlərin, layihələrin və BOQ-ların təhlil edilməsi;
  • Tender tələblərinə uyğun texniki və kommersiya sənədlərinin hazırlanması;
  • BOQ üzrə material, avadanlıq və işçilik qiymətlərinin araşdırılması;
  • Layihələr üzrə ilkin cost estimation / qiymət hesablamalarının hazırlanması;
  • Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Subpodratçıların müəyyən edilməsi və onlardan kommersiya təkliflərinin alınması;
  • Material və avadanlıqlar üzrə alternativ marka və texniki həllərin araşdırılması;
  • Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Tender üçün yekun qiymət cədvəllərinin və kommersiya təkliflərinin hazırlanması;
  • Tender sənədlərinin tələb olunan formatda və vaxtında təqdim edilməsinin təmin edilməsi;
  • Qazanılmış layihələr üzrə satınalma prosesinin təşkil edilməsi və sifarişlərin izlənilməsi;
  • Layihə rəhbərləri, mühəndislər, smetaçı və maliyyə komandası ilə koordinasiyalı işləmək.

Tələblər

  • Yaş: 25–60
  • Təhsil: Ali
  • Tender və satınalma sahəsində 5+ il iş təcrübəsi;
  • Tikinti, MEP, zəif cərəyan və IT sahələri üzrə texniki anlayış;
  • BOQ, smeta və texniki spesifikasiyalarla işləmə bacarığı;
  • Excel və Word proqramlarını yaxşı bilmək;
  • Analitik düşüncə və yüksək məsuliyyət;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili biliyi üstünlükdür.

​​​​​​​Üstünlük veriləcək namizədlər

  • Tikinti şirkətlərində Tender Engineer, Procurement Specialist, Estimation Engineer, Tender Specialist və ya Quantity Surveyor kimi çalışmış, tikinti və MEP layihələrində real qiymətləndirmə və satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Bizə sadəcə tender sənədlərini hazırlayan əməkdaş deyil, layihəni texniki və kommersiya baxımından analiz edə bilən, bazardan doğru qiymətləri toplayaraq rəqabətqabiliyyətli təklif formalaşdıra bilən mütəxəssis lazımdır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Hüseyn Cavid prospekti 7, Yasamal
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
22 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
37

Maaş bazarla müqayisədə

Satınalma mütəxəssisi üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 250 ₼.

bu vakansiya · 1 000–1 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

104 açıq vakansiya, 33 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satınalma mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Buta Park
Peşəkar, elmi və texniki fəaliyyətlər, Mühəndislik xidmətləri · 11-50 · Baku
Buta Park — bütün vakansiyalar

Bizim missiyamız beynəlxalq memarlıq və mühəndislik standartlarına uyğun olaraq dayanıqlı, funksional və estetik məkanlar yaratmaqdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7 ünvanında yerləşir.

Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00 iş saatlarıdır.

Əməkhaqqı 1000–1500  aralığındadır.

Tender və satınalma sahəsində 5 ildən çox iş təcrübəsi tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Luxoil Company
1+ ilBakı
1 300₼

Beton zavodu üçün xammal və ehtiyat hissələrin satınalmasını təşkil etmək və danışıqlar aparmaq bacarığı tələb olunur.

ProcurementSupplier NegotiationPrice analysisSupply Chain Management+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
NH Group
Middle · 2+ ilBakı
1 500₼

Təchizat üzrə mütəxəssis kimi satınalma və idxal proseslərini idarə etmək üçün 2 il təcrübə tələb olunur.

ProcurementSupply Chain ManagementMarket ResearchSupplier Negotiation+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Grinco
Middle · 2+ ilBakı
1 500–2 000₼

Xarici satınalma üzrə mütəxəssis kimi beynəlxalq bazarlarda təchizatçıları araşdırır və satınalma prosesini idarə edir

Supplier NegotiationCost CalculationRisk ManagementInternational procurement+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Dünya Məktəbi
Senior · 4–5 ilBakı
Maaş göstərilməyib

Satınalma proseslərini idarə edir və təchizatçılarla danışıqlar aparır, 4-5 il təcrübə tələb olunur.

ProcurementSupplier NegotiationMarket ResearchRisk Management+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 000–1 500 ₼
Tender və satınalma üzrə aparıcı mütəxəssis
Müraciət et