Satınalma ehtiyaclarını planlaşdırır, təchizatçı ilə danışıqlar aparır və qiymət təhlili bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması;
- Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Təchizatçılarla danışıqların və yazışmaların aparılması;
- Məhsullar üzrə kataloq, qiymət və texniki göstəricilər haqqında məlumatların əldə olunması;
- Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi;
- Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstək göstərilməsi;
- Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiyası.
Namizədə tələblər
- Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi;
- İngilis dili – mütləq;
- Rus dili – mütləq;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət, danışıqlar aparmaq və araşdırma bacarığı;
- Məsuliyyətli, diqqətli və analitik təfəkkürlü olmaq;
- Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.
Biz nə təklif edirik?
- Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi;
- Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə;
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
İş şəraiti
- İş yeri: Bakı, ofisdaxili
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 18:00
- Əməkhaqqı: Razılaşma yolu ilə
Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xarici Satınalma üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 480 ₼.
86 açıq vakansiya, 47 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, ofisdaxili təşkil olunur.
Bazar ertəsindən cüməyədək 09:00-18:00, şənbə günü 10:00-18:00 iş saatlarıdır.
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun razılaşma yolu ilə müəyyən edilir.
Satınalma, təchizat və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.
İngilis və rus dillərini bilmək mütləqdir.
CV-ni mövzu hissəsində “Xarici Satınalma üzrə mütəxəssis” qeyd edərək elektron ünvana göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Ehtiyat hissələrinin təchizatını təşkil edir və Mikro ERP proqramında işləməyi bacarır.
Xarici satınalmalar üzrə mütəxəssis tenderlərdə məhsul və təchizatçıların seçimini həyata keçirir, minimum 1 il təcrübə tələb olunur
Satınalma üzrə mütəxəssis təchizatçıların seçilməsi və müqavilə danışıqları aparır, analitik bacarıq tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





