Təchizat və logistika üzrə xarici fabriklərlə danışıqlar aparır və malların sifarişini idarə edir
Vakansiya haqqında
Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab edir.
Əmək funksiyaları:
- Xarici bazarların sistemli və davamlı şəkildə araşdırılmasını həyata keçirmək, yeni və potensial təchizatçıları müəyyən etmək və onların kommersiya imkanlarını qiymətləndirmək.
- Qida Təhlükəsizliyi agentliyində sənədlərin qeydiyyatının aparılması.
- Potensial və mövcud təchizatçılarla rəsmi danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq və şirkətin maraqlarını təmin etmək.
- Təchizatçılardan qiymət təkliflərini toplamaq, onların müqayisəli təhlilini aparmaq və əsaslandırılmış seçim üzrə rəhbərliyə təqdimatlar hazırlamaq.
- Təchizat müqavilələrinin hazırlanması, razılaşdırılması və bağlanması prosesində iştirak etmək, müqavilə şərtlərinə riayət olunmasına nəzarət etmək.
- Sifarişlərin vaxtında yerləşdirilməsini təmin etmək və icra prosesinə sistemli nəzarət həyata keçirmək.
- İdxal prosesinin bütün mərhələlərini (logistika, daşınma, sığorta, gömrük sənədləşməsi və digər əlaqəli prosedurlar) koordinasiya etmək və prosesin qanunvericiliyə uyğun icrasını təmin etmək.
- Təchizat müddətlərinə və təsdiq edilmiş çatdırılma qrafiklərinə riayət olunmasına nəzarət etmək, mümkün gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək.
- Ödəniş əməliyyatlarını maliyyə şöbəsi ilə əlaqələndirmək, müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin vaxtında icrasını təmin etmək.
- Alternativ təchizat kanallarını araşdırmaq, potensial riskləri təhlil etmək və risklərin minimallaşdırılması istiqamətində təkliflər hazırlamaq.
- Aylıq və rüblük satınalma və idxal fəaliyyətinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Bazar qiymətlərinin dinamikasını mütəmadi izləmək, analitik təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər vermək.
Tələblər:
- Ali təsil
- Azərbaycan və rus və ingilis dillərində səlis danışıq və yazı bacarığı
- Ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və komandada işləmək bacarığı
- Ofis proqramları ilə işləmə bacarığı
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Karyera inkişaf imkanı
- Mehriban və peşəkar komanda
- Əmək haqqı 1500 AZN
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İdxal üzrə menecer” qeyd olunmalıdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Təchizat zənciri üzrə mütəxəssis üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 875 ₼.
14 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təchizat zənciri üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 1500 ₼ təşkil edir.
Namizədlər CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu hissəsində “İdxal üzrə menecer” qeyd olunmalıdır.
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə, karyera inkişaf imkanı və mehriban komanda təmin olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Elektronika və məişət texnikası üzrə məhsul kateqoriyalarını idarə etmək və stok planlaşdırmaq tələb olunur
Təchizat proseslərini idarə edir, ERP proqramı və analitik bacarıqlara malikdir
Logistika və satınalma proseslərini idarə edir, təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı tələb olunur




