Təchizat proseslərini planlaşdırır, təchizatçı ilə danışıqlar aparmaq bacarığı tələb olunur
Vakansiya haqqında
OnWay komandası gənc, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir!
Təcrübə müddətində real biznes proseslərində iştirak edəcək, işləyəcək və nəzəri biliklərini praktiki bacarıqlara çevirəcəksən.
Açıq təcrübə istiqamətləri:
Çatdırılma üzrə mütəxəssis
- Çatdırılma proseslərinin təşkili və koordinasiyası
- Sifarişlərin icrasına nəzarət
- Kuryer xidmətinin idarə edilməsi
- Kuryer və müştərilərlə kommunikasiya
- Logistika proseslərinin təhlili və optimallaşdırılması
Qeyd: Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması arzu olunandır!
Korporativ satış üzrə mütəxəssis
- Potensial korporativ müştərilərin araşdırılması
- Yeni müştərilərin cəlb edilməsi
- Satış təkliflərinin hazırlanmasında iştirak
- Müştəri münasibətlərinin idarə olunması
- Müştərilərlə görüş və real satış imkanları
- Müştərilərlə əlaqə və telefon zəngləri
Kateqoriya üzrə mütəxəssis
- Məhsul kateqoriyalarının araşdırılması və inkişafı
- Təchizatçılarla əlaqə
- Təchizatçıların və məhsulların təhlili
- Qiymət və rəqabət monitorinqi
- Məhsul çeşidinin formalaşdırılmasında iştirak
- Təchizatçılarla müqavilələrin bağlanması
Namizədlərdən gözləntilərimiz:
- Ali təhsil müəssisələrinin tələbələri və yeni məzunlar
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq
- Komanda ilə işləmək bacarığı
- MS Office proqramları üzrə ilkin biliklər
- Praktikadan sonra komandada qalıb işləmək istəyənlər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Proqram sonunda təcrübəçilər Sertifikatla və özünü müvəffəqiyyətlə doğruldan təcrübəçilər işə qəbul ediləcəklər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Təchizat zənciri üzrə mütəxəssis üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 400 ₼.
19 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təchizat zənciri üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Son müraciət tarixi 4 dekabr 2026-cı ildir.
Ali təhsil müəssisələrinin tələbələri və yeni məzunlar müraciət edə bilərlər.
MS Office proqramları üzrə ilkin biliklər və komanda ilə işləmək bacarığı tələb olunur.
Təcrübə proqramını uğurla başa vuranlar işə qəbul edilə bilərlər.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Təchizatçı sifarişlərini planlaşdırır və idarə edir, analitik düşüncə tələb olunur
Təchizat üzrə mütəxəssis satınalma və sənəd dövriyyəsində təcrübəli olmalıdır.
Layihə materiallarının planlaşdırılması və istehsal proseslərinin təhlili üzrə minimum 3 illik təcrübə tələb olunur




