Tender və korporativ satışlar üzrə mütəxəssis

Techtonas

Vakansiya haqqında

Hazırda komandamıza tender proseslərinin idarə olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ Satışlar üzrə mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Dövlət və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi.
  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili.
  • Tender sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili.
  • İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin alınması.
  • Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması.
  • Tender sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi.
  • Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin izlənilməsi.
  • Yeni müştərilərin, layihə təşkilatlarının cəlb edilməsi.
  • Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi.
  • Qazanılmış tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası.

Namizədə tələblər

  • Tender və ya B2B satış sahəsində minimum 1-2 il təcrübə.
  • Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı.
  • Excel və digər MS Office proqramlarında sərbəst işləmək.
  • Texniki sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı.
  • İngilis və rus dili biliyi üstünlükdür.
  • IT avadanlıqları və xidməti, zəif axın, təhlükəsizlik sistemləri sahəsində təcrübə üstünlükdür.

İş şəraiti

  • İş yeri: Bakı, Çinar park biznes mərkəzi, Techtonas MMC
  • İş rejimi: Həftə içi 5 gün, 09:00-18:00
  • Əmək haqqı: 1000 – 1500 AZN + mənfəətə bağlı bonus (Namizədin bacarıqlarından aslı olaraq əmək haqqı arta bilər)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Çinar park biznes mərkəzi
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
6 noyabr 2026
Dillər
English, Russian
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
5
Baxış
178

Şirkət haqqında

Techtonas
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı
Techtonas — bütün vakansiyalar

10+ il təcrübəyə sahib Techtonas şirkəti İT konsaltinq, Sistem interqsiyası, İT outsourcing, İT infrastruktur və Proqram təminatı sahələrində bazar payına sahib İT şirkətlərindən biridir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, Çinar park biznes mərkəzində yerləşir.

Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək işləmək tələb olunur.

Əmək haqqı 1000–1500 ₼ arasıdır və mənfəətə bağlı bonus da verilir.

Tender və ya B2B satış sahəsində minimum 1-2 il təcrübə tələb olunur.

Namizədlər öz CV-lərini müraciət formunu dolduraraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Tender üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

AS İnşaat MMC
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib

Tender və satınalma proseslərini idarə etmək və sənədləşdirmədə dəstək olmaq üçün minimum 2 il təcrübə tələb olunur

Risk AnalysisReport PreparationTeamworkTender Process Management+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AZCD Group QSC
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib5 gün qalıb

Tender elanlarını izləyir, sənədləri hazırlayır və idarə edir, ən azı 5 il təcrübə tələb olunur.

Tender PreparationDocument ControlLegal Document ManagementFinancial document management+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
FABRİORA GROUP MMC
Mütəxəssis · 3–5 ilBakı
1 300–1 500₼

Ölkə daxili satınalma proseslərini idarə etmək və təchizatçılarla danışıqlar aparmaq bacarığı tələb olunur

ProcurementSupply Chain ManagementSupplier Relationship ManagementBusiness Correspondence+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Veysəloğlu
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib

Satınalma və tender prosedurlarını idarə etmək və güclü danışıqlar aparmaq bacarığı tələb olunur

RFQ managementMarket ResearchNegotiationPlanning+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Tender və korporativ satışlar üzrə mütəxəssis
Müraciət et