Tenderlərin monitorinqini aparır, sənədləri hazırlayır və satınalma qanunvericiliyini bilir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Dövlət və özəl tender elanlarını (o cümlədən etender.gov.az portalını) izləmək, iştirak şərtlərini təhlil etmək;
- Portalda qeydiyyat, iştirak haqqının ödənilməsi və təklif sənədlərinin elektron qaydada yüklənməsini təmin etmək;
- Tender üçün tələb olunan ixtisas, hüquqi və maliyyə sənədlərini toplamaq, hazırlamaq və tamlığını yoxlamaq;
- Texniki və kommersiya təkliflərinin, iş həcmləri (BOQ), texnika və işçi heyəti cədvəllərinin hazırlanması üçün aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
- Şərtlər toplusu üzrə aydınlaşdırma sorğularını hazırlamaq və cavabları izləmək;
- Təklif və icra təminatlarının (bank qarantiyalarının) alınması, müddətlərinin izlənməsi və ləğvi üzrə Maliyyə şöbəsi ilə koordinasiya etmək;
- Tender sənədlərinin müəyyən edilmiş müddətdə təqdimatını təmin etmək, nəticələri izləmək və tender reyestrini aparmaq;
- Tenderlərlə bağlı rəsmi yazışmaları aparmaq və qeydiyyatını saxlamaq;
- Daxil olan və göndərilən sənədləri qeydiyyata almaq, transmittallar hazırlamaq və aidiyyəti şəxslərə yönləndirmək;
- Şirkətdaxili və layihə sənədlərinin kodlaşdırılmasını, revizya və versiyalarının uçotunu, sənəd registrini (MDL) aparmaq;
- Sənədlərin razılaşdırılma və təsdiq prosesini izləmək;
- Sənədləri elektron və kağız formatda sistemləşdirmək, arxivləşdirmək və məxfiliyini qorumaq;
- Tenderlərin və sənədlərin cari vəziyyəti barədə həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər
- Ali təhsil;
- Tender hazırlanması və/və ya sənədlərə nəzarət (DCC) sahəsində ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür);
- “Dövlət satınalmaları haqqında” Qanun və elektron satınalma portalı ilə işləmək bacarığı;
- MS Office, xüsusilə Word və Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində səlis, ingilis dilində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Rəsmi yazışma və sənədləşmə bacarığı;
- Detallara diqqət, məsuliyyət, son tarixlərə riayət və vaxtın düzgün idarə edilməsi;
- Müxtəlif şöbələrlə koordinasiyalı işləmək bacarığı.
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tender üzrə mütəxəssis üzrə bazar adətən 760–800 ₼ ödəyir, median — 800 ₼.
9 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tender üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş günləri bazar ertəsindən cümə gününə qədər, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq razılaşdırılır.
Könüllü tibbi sığorta təklif olunur.
Tender hazırlanması və sənədlərə nəzarət sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.
Müraciət üçün CV və sənədlər e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTender üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Tender sənədlərinin hazırlanması və idarə olunması üzrə 2-3 il təcrübəsi olan mütəxəssis.
Tender sənədlərinin hazırlanması və təqdimatı üzrə mühəndis kimi işləyir, 5 il təcrübə tələb olunur.
Tenderlərin hazırlanması və idarə olunması üzrə iş görür, satınalma qanunlarını bilir.



