Daxili audit işlərini aparır, maliyyə və hüquq sahəsində 5 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Daxili Audit Departamenti
- Birbaşa rəhbər: Daxili Audit Meneceri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Risk əsaslı illik Daxili Audit Planının hazırlanmasına dəstək göstərmək, biznes prosesləri və əsas risklər üzrə məlumatların toplanması və qiymətləndirilməsində iştirak etmək;
- Təsdiq edilmiş Daxili Audit Planına uyğun olaraq audit tapşırıqlarının planlaşdırılması və başlanğıcdan yekunadək icrasını təmin etmək;
- Audit tapşırığının məqsədini, əhatə dairəsini və əsas risklərini müəyyənləşdirmək, audit proqramını və tətbiq ediləcək audit prosedurlarını hazırlamaq və Audit Meneceri ilə razılaşdırmaq;
- Audit olunan prosesləri təhlil edərək əməliyyat, maliyyə, uyğunluq və fırıldaqçılıq risklərini, eləcə də həmin risklər üzrə mövcud nəzarət mexanizmlərini qiymətləndirmək;
- Məlumatların təhlili, müsahibə, müşahidə, sənəd yoxlaması və nəzarət testləri vasitəsilə yetərli və etibarlı audit sübutlarının əldə olunmasını təmin etmək;
- Müəyyən edilmiş nəzarət çatışmazlıqlarının və kənarlaşmaların kök səbəblərini, risklərini və biznes təsirlərini qiymətləndirmək, əhəmiyyətli məsələləri vaxtında eskalasiya etmək;
- Audit müşahidələrini aidiyyəti struktur bölmələrlə müzakirə etmək, faktların təsdiqlənməsini təmin etmək və praktik, risk əsaslı və dəyər yaradan tövsiyələr hazırlamaq;
- Audit nəticələrini və əsas riskləri rəhbərlik üçün aydın, əsaslandırılmış və qərarverməyə yönəlmiş audit hesabatlarında təqdim etmək;
- Audit tapşırıqlarının müəyyən edilmiş müddət, əhatə dairəsi və keyfiyyət tələblərinə uyğun tamamlanmasını təmin etmək, gecikmə və məhdudiyyətləri vaxtında Audit Menecerinə bildirmək;
- Audit işçi sənədlərinin və əldə edilmiş sübutların Daxili Audit metodologiyasına və müvafiq peşəkar standartlara uyğun sənədləşdirilməsini və keyfiyyətini təmin etmək;
- Razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin monitorinqində iştirak etmək, gecikmiş və ya icra edilməmiş tədbirlər üzrə riskləri qiymətləndirmək və zəruri hallarda eskalasiya etmək;
- Audit tapşırıqları çərçivəsində auditorların işini istiqamətləndirmək və nəzərdən keçirmək, onlara konstruktiv geribildirim vermək və peşəkar inkişaflarına dəstək göstərmək;
- Daxili Audit funksiyasının metodologiyasının, audit alətlərinin və iş yanaşmalarının davamlı təkmilləşdirilməsinə töhfə vermək.
Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Daxili audit, xarici audit, risklərin idarə edilməsi və ya əlaqəli sahədə 3–5 il iş təcrübəsi;
- Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
- Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
- MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Korporativ tibbi sığorta paketi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş Auditor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Daxili auditor üzrə bazar adətən 1 500–2 300 ₼ ödəyir, median — 1 600 ₼.
22 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Daxili auditor kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Park View Biznes Mərkəzidir.
İş həftəsi 5 günlük, saat 09:00-dan 18:00-dəkdir.
3-5 il daxili audit, xarici audit və ya risk idarəetməsi sahəsində təcrübə tələb olunur.
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi təklif olunur.
Namizəd öz CV-sini mövzu bölməsində “Baş Auditor” qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili auditor üzrə Bakıda digər açıq elanlar.
Audit layihələrini idarə edir, riskləri qiymətləndirir və audit qrupuna rəhbərlik edir.
Audit layihələrini həyata keçirir və audit prosedurlarını biliklərlə icra edir
Əməliyyatların qanunlara uyğunluğunu təmin edən nəzarət mexanizmlərini təşkil edir və riskləri təhlil edir





