Baş auditor (risk istiqaməti üzrə)

ATB Bank

Vakansiya haqqında

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırıqlarına əsasən audit layihələrini və audit sonrası tövsiyələrin icrasına nəzarəti həyata keçirmək;
  • Yaradılmış audit qrupuna rəhbərlik etmək, qrup üzvlərinin işinə nəzarət etmək, onlara mentorluq etmək, peşəkar inkişafını təmin etmək və komandada yüksək nəticələrə yönəlmiş iş mədəniyyətini formalaşdırmaq;
  • Audit layihəsi üçün İş Proqramını hazırlamaq və çatışmazlıqların aşkar edilməsi üçün müvafiq audit prosedurlarını icra etmək, audit layihələrinin nəticələri üzrə dəqiq, keyfiyyətli və effektiv hesabatlar hazırlamaq;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Daxili nəzarət mexanizmlərini gücləndirmək üçün Risk İdarəetməsi, Maliyyə və Komplayens komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesini qiymətləndirmək, əsas risk indikatorlarına dair məlumatları toplamaq və təhlil etmək;
  • Əməliyyat risklərinin bankın kapitalına və maliyyə dayanıqlığına təsirini hesablamaq və qiymətləndirmək;
  • Qeyri-maliyyə risklərinin idarə edilməsi prosesini və bu risklər üzrə potensial itkilərin müəyyən olunması effektivliyini qiymətləndirmək;
  • Bankın risk iştahasını ifadə edən göstəriciləri, təyin edilmiş riskləri və onların əmsallarının uyğunluğunu qiymətləndirmək;
  • Risk İştahası Bəyannaməsi üzrə limit və tolerantlıq səviyyələrinin monitorinqini aparmaq, kənarlaşmaları izləmək və dəyişikliklərlə bağlı təkliflər vermək;
  • Ssenari və stress-testlərin seçilməsi, icrasının təşkili və nəticələrinin təqdim olunmasını təmin etmək;
  • Maliyyə Monitorinqi Xidməti (MMX) və digər tənzimləyici orqanlar tərəfindən ƏL/TMM (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) fəaliyyəti üzrə müəyyən edilmiş normativ-hüquqi tələblərin Bankda tətbiqi və effektivliyini qiymətləndirmək;
  • Audit tapıntılarını dəstəkləmək və riskləri qiymətləndirmək üçün SQL və analitik alətlərdən istifadə edərək məlumatların təhlilini (data extraction & analysis) həyata keçirmək;
  • Audit tapşırığının icrası zamanı tapıntı və müşahidələrin risk və təsirini Bankın risk qiymətləndirmə metodologiyasına uyğun olaraq dəyərləndirmək;
  • Tapıntı və müşahidələrin köklü səbəblərini (root cause) araşdırmaq, məsul şəxsləri müəyyən etmək, adekvat tövsiyələr vermək, mürəkkəb audit nəticələrini yüksək rəhbərliyə (Senior Stakeholders) aydın şəkildə təqdim etmək və nəticələri aidiyyəti şəxslərlə kommunikasiya etmək.
Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Son tarix
13 oktyabr 2026

Şirkət haqqında

ATB Bank
Banking · Baku

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…

ATB Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bank of Baku
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Audit komandasını idarə edir və risk əsaslı audit yanaşması üzrə təcrübəyə malikdir

Internal AuditFraud DetectionTeam ManagementConflict Resolution+9
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Baş auditor (risk istiqaməti üzrə)
Müraciət et