Maliyyə hesabatlarını hazırlamaq və vergi sahəsində əməliyyatları idarə etmək üçün təcrübəli baş mühasib.
Vakansiya haqqında
“CAN-PA” MMC-yə “Aparıcı mühasib” vakansiyasına işçi tələb olunur.
İş haqqında məlumat:
- Müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun və düzgün aparılmasını təmin etmək;
- İlkin mühasibat sənədlərinin yoxlanılması, sistemə işlənilməsi və uçotunun aparılması;
- Bank hesabları üzrə əməliyyatların, ödənişlərin və bank çıxarışlarının uçotunu aparmaq;
- Alıcılar və təchizatçılarla hesablaşmaların uçotunu və üzləşmələrin aparılmasını təmin etmək;
- Debitor və kreditor borclarına nəzarət etmək;
- Mal-material ehtiyatlarının, məhsulların və əsas vəsaitlərin uçotunu aparmaq;
- Anbar qalığı və mühasibat uçotu məlumatlarının uyğunluğuna nəzarət etmək;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək;
- Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanmasında iştirak etmək;
- E-qaimə, e-VHF, bank və digər elektron sistemlər üzrə əməliyyatları həyata keçirmək;
- Vergi hesablamalarının və vergi öhdəliklərinin düzgünlüyünə nəzarət etmək;
- Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Ayın və ilin bağlanışı üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;
- Mühasibat hesabları üzrə dövriyyə və qalıqların yoxlanılmasını aparmaq;
- İnventarizasiya prosesində iştirak etmək və nəticələrin uçotda əks etdirilməsini təmin etmək;
- Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların hazırlanması və cavablandırılmasında iştirak etmək;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı verdiyi digər tapşırıqları icra etmək.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- PMS sertifikatı mütləqdir;
- ACCA sertifikatlarının olması üstünlükdür;
- ERP, Mikro və elektron dövlət portalları ilə işləmə bacarığı;
- Mühasibat və vergi uçotu üzrə biliklər;
- Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;
- Yaş həddi: 20–40 yaş;
- Yalnız xanım namizədlər müraciət edə bilər.
İş şərtləri:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 iş günü;
- İş saatı: 08:00–17:00;
- Əmək haqqı: 1300–1500 AZN Gross;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- İş yeri: Höküməli–Müşfiq ərazisi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 250 ₼.
41 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
“CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye,draje, nogul, paxlava, şəkərbura kimi bir neçə…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Mühasibat uçotunun aparılması, vergi və maliyyə hesabatlarının hazırlanmasıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə əməliyyatlarının mühasibat uçotunu aparır və aparıcı mühasib kimi 3 il təcrübə tələb edir
Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3 il təcrübəsi tələb olunur.
Mühasibatlıq proseslərini idarə edir və maliyyə hesabatlarının hazırlanmasını təmin edir
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





