Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Əsas Tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
- İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) və ACCA F3 (Financial Accounting) sertifikatlarının olması mütləqdir (ACCA F7 arzuolunandır);
- Proqram bilikləri: 1C proqramını əla səviyyədə bilmək, MS Excel proqramı ilə mükəmməl işləmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Tapşırıqların icrasında yüksək dəqiqlik, məsuliyyətlilik, etibarlılıq və konfidensiallığın qorunması.
Vəzifə Öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin, e-qaimələrin və elektron vergi hesab-fakturalarının düzgün tərtib edilməsi və 1C proqramına vaxtında daxil edilməsi;
- Bank köçürmələrinin (yerli və xarici), kassa əməliyyatlarının icra olunması və gündəlik uçotunun aparılması;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşmalara nəzarət edilməsi, üzləşmə aktlarının tərtibi və bağlanması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Daxili maliyyə nəzarətinin gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi və uyğunsuzluqların aradan qaldırılması;
- Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması;
- Material və mal qalıqlarının, anbar hərəkətlərinin 1C proqramında dəqiq uçotunun aparılması və dövri inventarizasiyada iştirak;
Əlavə məlumat:
- Əmək haqqı: 1500 - 1800 AZN;
- İş vaxtı: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və bazar;
- Peşəkar komandada inkişaf və karyera imkanları
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aparıcı Mühasib) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
47 açıq vakansiya, 48 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
"Crystal Accfin" MMC — 2019-cu ildə maliyyə və mühasibatlıq sahəsində 18 ildən artıq təcrübəyə malik, ACCA və PMS sertifikasiyalarına sahib Rauf Yusifov tərəfindən peşəkar mühasiblərdən ibarət komanda ilə yaradılmışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş vaxtı 09:00-dan 18:00-dəkdir, şənbə və bazar istirahət günləridir.
Əmək haqqı 1500 - 1800 manat aralığındadır.
İş yeri Bakı şəhərindədir.
Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
PMS və ACCA F3 sertifikatları mütləqdir, ACCA F7 arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu aparır, vergi və maliyyə hesabatlarını hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Tikinti layihələrinin maliyyə və mühasibat uçotunu idarə edir, 3-5 il təcrübə tələb olunur.
Şirkətin gündəlik mühasibat əməliyyatlarını aparır, 2-4 il təcrübəsi olmalıdır
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





