Maliyyə hesabatlarını hazırlayır, vergi və mühasibatlıq biliklərinə malikdir.
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğun aparılması.
- Gündəlik maliyyə əməliyyatlarının, bank və kassa əməliyyatlarının uçotunun aparılması.
- Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmələrin həyata keçirilməsi və borcların izlənilməsi.
- Alış, satış, gəlir və xərc əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi.
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun aparılması, amortizasiya hesablamalarının həyata keçirilməsi.
- Əməkhaqqının, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması, müvafiq tutulmaların və ödənişlərin düzgün uçota alınması.
- Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi.
- ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanmasına nəzarət edilməsi.
- Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
- Mühasibat hesablarının üzləşdirilməsi, inventarizasiyanın təşkili və nəticələrinin uçotda əks etdirilməsi.
- Bank çıxarışlarının, müqavilələrin, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər maliyyə sənədlərinin yoxlanılması.
- Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi.
Namizədə dair tələblər:
Tələb edilən bacarıqlar və təhsil:
- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
- ERP sistemləri ilə işləmə bacarığı.
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi; aparıcı mühasib vəzifəsində təcrübəyə üstünlük verilir.
- Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi, mühasibat uçotu qaydaları və maliyyə hesabatlılığı üzrə biliklər.
- Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı.
- Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.
- İşin müstəqil təşkili, prioritetlərin müəyyənləşdirilməsi və son tarixlərə riayət etmək bacarığı.
İş şəraiti:
- Ünvan: Sabah city
- İş qrafiki: Həftənin 5 iş günü, 09:00–18:00
(şənbə və bazar istirahət günləri) - Əmək haqqı: Razılaşma əsasında
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 250 ₼.
41 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 2 il iş təcrübəsi tələb olunur.
Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçBəli, ERP sistemləri ilə işləmə bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibatlıq hesabatlarını hazırlayır və vergi orqanları ilə yazışmaları aparır, analitik düşüncə tələb olunur.
Mühasibat uçotunu qurur, istehsalat uçotu və maya dəyəri üzrə təcrübəsi olmalıdır.
Maliyyə hesabatlarını hazırlamaq və vergi sahəsində əməliyyatları idarə etmək üçün təcrübəli baş mühasib.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




