İstehsalat uçotu və maliyyə hesabatlarının hazırlanmasını idarə edir, 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq.
Əsas vəzifələr:
- Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili;
- ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət;
- Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili;
- İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması;
- Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət;
- Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
- Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması;
- İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi;
- Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması;
- Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi;
- İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə;
- Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
- 1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək;
- Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə;
- Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı.
Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür.
İş şəraiti:
- Aylıq əməkhaqqı: 2300-2500 Azn (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur
- Tam iş günü;
- Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş;
İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center
İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 400–2 500 ₼ ödəyir, median — 1 975 ₼.
56 açıq vakansiya, 46 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center-dədir.
Həftənin 5 günü, saat 09:00 - 17:30 iş saatlarıdır.
Aylıq əməkhaqqı 2300-2500 Azn (gross) aralığındadır, iş həcminə görə bonuslar da var.
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil və ən azı 5 il mühasibatlıq sahəsində təcrübə tələb olunur.
1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək bacarığı tələb olunur.
CV-lər mövzu hissəsində “Baş mühasib” qeyd etməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.
Şirkətin gündəlik mühasibat əməliyyatlarını aparır, 2-4 il təcrübəsi olmalıdır
Maliyyə-təsərrüfat mühasibat uçotunu idarə edir və 5 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




