Vakansiya haqqında

Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq.

Əsas vəzifələr:

  • Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili;
  • ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət;
  • Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili;
  • İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması;
  • Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət;
  • Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
  • Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması;
  • İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi;
  • Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması;
  • Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi;
  • İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə;
  • Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
  • 1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək;
  • Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə;
  • Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı.

Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür.

İş şəraiti:

  • Aylıq əməkhaqqı: 2300-2500 Azn (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur
  • Tam iş günü;
  • Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş;

İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center

İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, AZ1025, Azure Business Center, 165B
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 300–2 500 ₼
Yerləşdirilib
12 oktyabr 2026
Son tarix
11 noyabr 2026
Baxış
32

Maaş bazarla müqayisədə

Baş mühasib üzrə bazar adətən 1 400–2 500 ₼ ödəyir, median — 1 975 ₼.

bu vakansiya · 2 300–2 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

56 açıq vakansiya, 46 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Baş mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Acon Tax and Accounting
11-50 · Baku
Acon Tax and Accounting — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Tam iş günü rejimində işləmək tələb olunur.

Aylıq əməkhaqqı 2300-2500 manat (gross) aralığındadır, bonuslar mövcuddur.

Mühasibatlıq sahəsində ən azı 5 il, baş mühasib kimi ən azı 2 il təcrübə tələb olunur.

1C və ya digər ERP proqramlarında işləmək bacarığı və Excel-dən sərbəst istifadə tələb olunur.

Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Baş mühasib üzrə Bakıda digər açıq elanlar.

Acon Tax and Accounting MMC
Senior · 5+ ilBakı
2 300–2 500₼

Mühasibat uçotunu qurur, istehsalat uçotu və maya dəyəri üzrə təcrübəsi olmalıdır.

AccountingTax LegislationFinancial ReportingInventory Management+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Tahiroğlu İnşaat MMC
Senior · 3+ ilBakı
2 000₼

Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.

AccountingTax LegislationFinancial ReportingInventory Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Gidromaşservis QSC
Senior · 5+ ilBakı
2 000₼

Maliyyə-təsərrüfat mühasibat uçotunu idarə edir və 5 il təcrübə tələb olunur

Financial AccountingFinancial ReportingCost CalculationInventory Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
2 300–2 500 ₼
Baş mühasib
Müraciət et