Maliyyə hesabatlarını hazırlayır, vergi və mühasibatlıq biliklərinə malikdir.
Vakansiya haqqında
Təsvir
- Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
- Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək;
- Aylıq və illik bağlanış proseslərini həyata keçirmək;
- Debitor və kreditor hesablaşmalarına, bank və kassa əməliyyatlarına nəzarət etmək;
- Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənişini təmin etmək;
- Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək;
- Mühasibat hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq;
- Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək göstərmək;
- Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək;
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
- Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə biliklər;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər;
- Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu üzrə biliklər;
- Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank üzləşmələrinin aparılması üzrə təcrübə;
- Aylıq və illik mühasibat bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər;
- 1C proqramında (xüsusən də “Əmək haqqı və HR” modulu) sərbəst işləmək və MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur.
- Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 400–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
52 açıq vakansiya, 54 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 3-5 il iş təcrübəsi tələb olunur.
Bəli, əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanması tələb olunur.
1C proqramı, MS Excel, Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik tələb olunur.
Namizəd CV-ni mövzu bölümündə vəzifənin adını qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3 il təcrübəsi tələb olunur.
Mühasibatlıq sənədlərini hazırlayır, 1C və maliyyə hesabatları üzrə təcrübəsi olmalıdır.
Mühasibatlıq hesabatlarını hazırlayır və vergi orqanları ilə yazışmaları aparır, analitik düşüncə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




