Müəssisənin tam maliyyə və vergi uçotunu aparır, 3 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan, Bakı Mərkəz ofisi üçün üçün "Baş Mühasib və Vergi Mütəxəssisi” vəzifəsinə peşəkar namizəd axtarırıq.
İşin təsviri
Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.
Vəzifə üzrə tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
52 açıq vakansiya, 49 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində, Mərkəz ofisdə yerləşir.
Baş mühasib və vergi mütəxəssisi vəzifəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
Bəli, vergi hesabatlarının hazırlanması və təqdim edilməsi vəzifəyə daxildir.
CV-lər mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu qurur, istehsalat uçotu və maya dəyəri üzrə təcrübəsi olmalıdır.
Şirkətin maliyyə və vergi uçotunu aparır, 3-5 il təcrübə tələb olunur.
Mühasibat uçotunu aparır, vergi və maliyyə hesabatlarını hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




