Mühasibat və maliyyə uçotunu idarə edir, vergi qanunvericiliyini mükəmməl bilir.
Vakansiya haqqında
İş barədə məsuliyyətlər:
- Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi;
- Bütün növ maliyyə hesabatlarının tərtib olunması;
- Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi;
- İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması;
- Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması;
- Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi;
- İş prosesində məlumatların məxfiliyinin qorunması.
Namizədə olan tələblər:
- Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Yaş həddi: 28 – 50 yaş;
- Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir);
- Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları);
- Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları;
- Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları;
- Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100
- İş qrafiki: Həftə içi 6 gün
- Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək);
- Nahar ilə təmin olunma;
- Korporativ mobil nömrə;
- Rahat və stabil iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055-293-13-39
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 250 ₼.
41 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Binəqədi yolu 100 ünvanındadır.
İş həftə içi 6 gün davam edir.
Əməkhaqqı müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun təyin olunur.
Namizəd CV-ni göndərməlidir, mövzu hissəsində “Baş Mühasib” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNamizədin yaşı 28-50 arasında olmalıdır.
Namizəd 1C, Excel, Elektron Hökumət Portalı və Microsoft Office proqramlarını bilməlidir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3 il təcrübəsi tələb olunur.
Mühasibatlıq proseslərini idarə edir və maliyyə hesabatlarının hazırlanmasını təmin edir
Maliyyə hesabatlarını hazırlayır, vergi və mühasibatlıq biliklərinə malikdir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





