Mühasibat uçotunu qurur, istehsalat uçotu və maya dəyəri üzrə təcrübəsi olmalıdır.
Vakansiya haqqında
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
- İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq;
- Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq;
- İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək;
- İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək;
- Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək;
- Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
55 açıq vakansiya, 49 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 30 oktyabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu aparır, vergi və maliyyə hesabatlarını hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.
Müəssisənin tam maliyyə və vergi uçotunu aparır, 3 ildən çox təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





