Vakansiya haqqında

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun təşkili və nəzarət: Milli Mühasibat Uçotu Standartlarına və mühasibat haqqında qanunvericiliyə uyğun olaraq gündəlik mühasibat proseslərinin idarə olunmasını təşkil etmək və gedişata tam nəzarət etmək.
  • Hesabatlılıq: Vergi, Statistika, Məşğulluq, DSMF və digər dövlət hesabatlarının vaxtında, dürüst tərtib olunmasına və e-Taxes/gov portalları vasitəsilə göndərilməsinə nəzarət etmək.
  • Xarici kommunikasiya və əlaqələr: Banklar, Vergi Xidməti, Statistika Komitəsi, Məşğulluq Agentliyi və digər dövlət qurumları ilə rəsmi yazışmaları idarə etmək; Təchizatçılar və Subpodratçılarla danışıqlar aparmaq, maliyyə məsələləri üzrə operativ əlaqə qurmaq.
  • Kənar Audit və Yoxlamalar: İllik kənar audit (maliyyə auditi) prosesini idarə etmək, auditorlar üçün lazımi məlumat və hesabatları hazırlamaq; Hesablama Palatası, Vergi və digər dövlət yoxlamaları zamanı qurumu rəsmi təmsil etmək.
  • Aylıq və dövr bağlanışları: Ay sonu dövr bağlanışı prosesini idarə etmək, aylıq mühasibat və idarəetmə hesabatlarını (Dövriyyə balansı (Trial Balance), debitor/kreditor hesabatları və s.) hazırlamaq, balansa nəzarət etmək.
  • Aktivlərin, anbarın və əməkhaqqının idarə edilməsi: Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material qiymətlilərinin (anbar uçotunun) və Əməkhaqqı hesablamalarının daxili prosedurlara və qanunvericiliyə uyğun olaraq düzgün aparılmasını bilmək və nəzarətdə saxlamaq.
  • Maliyyə intizamı və Şəffaflıq: Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin hərəkətinə, xərclərin smetaya (büdcəyə) uyğun xərclənməsinə ciddi maliyyə intizamı çərçivəsində nəzarət etmək.
  • Sistemin inkişafı və Avtomatlaşdırma: Mühasibatlıq proqramlarının və iş proseslərinin təkmilləşdirilməsi üçün proqramda lazımi struktur dəyişikliklərini və yeni funksionallıqları müəyyən etmək, texniki tapşırıqları hazırlamaq və bu istiqamətdə İT/tərtibatçı komandası ilə effektiv kommunikasiya qurmaq.
  • Üzləşmələr və Rekonsilyasiya (Recon): Bank, Kassa, Təchizatçı və Müştəri hesablarının, Dövrüyyə cədvəli qalıqlarını yoxlamaq, üzləşdirmə proseslərini və verilən tapşırıqların icrasını təmin etmək.
  • Qanunvericiliyə uyğunluq: Vergi, Əmək və Mülki məcəllələrin tələblərinə riayət olunmasını təmin etmək, vergi risklərini öncədən müəyyən edərək minimuma endirmək.
  • Komandanın idarə edilməsi: Şöbə daxilində iş bölgüsü aparmaq, əməkdaşların gündəlik/aylıq tapşırıqlarının icra keyfiyyətinə nəzarət etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya audit sahəsi üzrə ali təhsil.
  • Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi.
  • İstehsalat təcrübəsi: İstehsalat uçotu sahəsində təcrübəsinin olması arzuolunandır (üstünlükdür).
  • Sertifikat: PMS mütləq; Beynəlxalq sertifikatlar (ACCA F3/F7/F9) olması üstünlükdür.
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və "Mühasibat uçotu haqqında" AR Qanununu bilmək.
  • Proqram bilikləri: 1C (8.3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır.

Şəxsi keyfiyyətlər və Kompetensiyalar:

  • Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək);
  • Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı;
  • Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mühasibat uçotu və hesabatlılıq şöbəsi” qeyd olunması xahiş olunur

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
9 noyabr 2026
HRX ilə müraciət
6
Baxış
227

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

55 açıq vakansiya, 49 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Baş mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Dövlət idarəetməsi və müdafiə · Baku
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi — bütün vakansiyalar

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan unikal ərazidə fəaliyyət göstərən dövlət qurumudur.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü, 5 günlük iş həftəsidir.

Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.

Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya audit sahəsi üzrə ali təhsil tələb olunur.

1C (8.3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı tələb olunur.

PMS sertifikatı mütləqdir; ACCA F3/F7/F9 sertifikatları üstünlükdür.

Namizədlər CV-lərini mövzu hissəsində “Mühasibat uçotu və hesabatlılıq şöbəsi” qeyd etməklə elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Baş mühasib üzrə Bakıda digər açıq elanlar.

Tahiroğlu İnşaat MMC
Senior · 3+ ilBakı
2 000₼

Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.

AccountingTax LegislationFinancial ReportingInventory Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
My Group Holding MMC
Senior · 3–5 ilBakı
1 300₼

Mühasibat uçotunu aparır, vergi və maliyyə hesabatlarını hazırlayır, 3-5 il təcrübə tələb olunur.

AccountingFinancial ReportingTax Declaration1C accounting software+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Acon Tax and Accounting
Senior · 5+ ilBakı
2 300–2 500₼

Mühasibat uçotunu qurur, istehsalat uçotu və maya dəyəri üzrə təcrübəsi olmalıdır.

AccountingTax LegislationFinancial ReportingInventory Management+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasibat uçotu və hesabatlılıq şöbəsi müdiri
Müraciət et