Problemli kreditlərin yığımı və müştərilərlə iş üzrə 1-2 il təcrübəsi tələb olunur
Vakansiya haqqında
Təsvir
- Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
- Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
- Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
- Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək.
Tələblər
- Ali təhsil;
- Borcların yığılması və problemli müştərilərlə iş üzrə 1-2 il təcrübə;
- Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan əla, rus dili arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Borcların yığımı üzrə mütəxəssis üzrə bazar adətən 600–1 800 ₼ ödəyir, median — 1 000 ₼.
12 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Borcların yığımı üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Qəbələ şəhərində yerləşir.
1-2 il təcrübə tələb olunur.
Tam ştat iş rejimidir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBorcların yığımı üzrə mütəxəssis üzrə Qəbələdə digər açıq elanlar.
Gecikmiş faktorinq portfellərini izləyir və müştərilərlə əlaqə saxlayır, ödənişləri təmin edir
Gecikmiş kredit borclarının geri qaytarılması üçün müştərilərlə danışıqlar aparmaq bacarığı tələb olunur
Debitor borcların idarə olunmasını və risklərin qiymətləndirilməsini həyata keçirmək üçün maliyyə təhsili tələb olunur



