Vakansiya haqqında

Əsas vəzifələr

  • Şirkətin maliyyə, əməliyyat və inzibati fəaliyyətinin daxili prosedur və qaydalara uyğunluğunu mütəmadi olaraq yoxlayır;
  • Mühasibat uçotu, ödənişlər, kassa əməliyyatları, bank köçürmələri və digər maliyyə əməliyyatlarının düzgünlüyünü təhlil edir;
  • Müxtəlif şöbələr üzrə sənəd dövriyyəsini yoxlayır, sənədlərdə mövcud uyğunsuzluqları və çatışmazlıqları müəyyən edir;
  • Şirkət daxilində həyata keçirilən satınalma, logistika, nəqliyyat, yanacaq və anbar əməliyyatlarının auditini aparır;
  • Nəqliyyat vasitələri üzrə yanacaq sərfiyyatını, GPS məlumatlarını, marşrut vərəqlərini, reys hesabatlarını və digər əməliyyat məlumatlarını müqayisəli şəkildə analiz edir;
  • Faktiki göstəricilərlə sistem məlumatları arasında fərqləri müəyyən edir və səbəblərini araşdırır;
  • Əməkdaşların işə davamiyyəti, iş qrafiki, ezamiyyət və məzuniyyət məlumatlarının sistem üzrə düzgün əks olunmasına nəzarət edir;
  • Şirkət aktivlərinin qorunması və düzgün istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirir;
  • Risk yarada biləcək əməliyyatları əvvəlcədən müəyyən edir və rəhbərliyə müvafiq təkliflər təqdim edir;
  • Audit zamanı aşkar olunan nöqsan, səhv və qayda pozuntuları barədə akt, arayış və hesabatlar hazırlayır;
  • Aşkarlanmış problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmasında iştirak edir və icra vəziyyətinə nəzarət edir;
  • Şirkətin daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
  • Müqavilələrin, öhdəlik sənədlərinin və təsdiq proseslərinin şirkət prosedurlarına uyğunluğunu yoxlayır;
  • Əməliyyatların qanunvericiliyə və şirkət daxili normativ sənədlərə uyğun aparılmasına nəzarət edir;
  • Audit yoxlamaları zamanı aidiyyəti əməkdaşlardan izahat və əlavə məlumatlar tələb edir;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında planlı və ya plandankənar audit yoxlamaları həyata keçirir;
  • Aylıq, rüblük və illik audit hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edir;
  • Şirkət üzrə maliyyə itkilərinə və ya intizam pozuntularına səbəb ola biləcək halları araşdırır və nəticələr barədə rəhbərliyə məlumat verir;
  • Daxili audit proseslərində məxfilik prinsipinə riayət edir və xidməti məlumatların qorunmasını təmin edir;
  • Şirkətin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlayır;
  • Audit zamanı əldə olunan məlumatları sistemləşdirir, analiz edir və arxivləşdirir;
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Tələblər

  • 1–3 ilədək uyğun sahədə iş təcrübəsi;
  • Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı;
  • Rəhbərliyin verdiyi aidiyyəti tapşırıqların yerinə yetirilməsi;
  • Komandada işləmə bacarığı.

İş şəraiti

  • İş qrafiki: 6 günlük;
  • Nahar yeməyi və servis avtobusu şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş yeri: Sahil qəsəbəsinin yaxınlığı, Salyan şossesi, 32 km.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Son tarix
8 oktyabr 2026

Şirkət haqqında

AZ Logistika and Management Services
Logistics service · Baku
AZ Logistika and Management Services — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Eden Agro MMC
Senior · 3–5 ilBakı
Maaş göstərilməyib

Daxili audit işlərini həyata keçirir, riskləri qiymətləndirir və 3-5 il təcrübə tələb olunur.

Internal AuditRisk ManagementFinancial AnalysisData Analysis+8
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Daxili nəzarət və audit üzrə mütəxəssis
Müraciət et