Vakansiya haqqında

Bu rolda kart əməliyyatlarının və partnyor fəaliyyətinin monitorinqini həyata keçirərək rəqəmsal dələduzluq risklərinin vaxtında aşkarlanmasına və qarşısının alınmasına töhfə verəcəksən. Şübhəli əməliyyatların araşdırılması, partnyorların risk səviyyəsinin qiymətləndirilməsi və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə ekosistemin ödəniş xidmətlərinin etibarlılığının artırılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq.

Vəzifə öhdəlikləri

  • Partnyorların (Merchant) fəaliyyətini və kart əməliyyatlarını monitorinq etmək, potensial dələduzluq risklərini müəyyənləşdirmək;
  • Yeni partnyorların risk qiymətləndirilməsində iştirak etmək və mövcud partnyorlar üzrə davamlı monitorinq aparmaq;
  • POS və E-commerce terminallarının əməliyyat göstəricilərini, limitlərini və parametrlərini izləmək;
  • Kart əməliyyatlarının həcmini, tezliyini və məbləğlərini təhlil edərək qeyri-adi əməliyyat davranışlarını aşkar etmək;
  • Şübhəli əməliyyatları, fraud, chargeback və dispute hallarını araşdırmaq və riskləri qiymətləndirmək;
  • 3D Secure, Card-on-File, Recurring və Card-Not-Present əməliyyatları üzrə potensial riskləri müəyyən etmək;
  • Visa və Mastercard ödəniş sistemlərinin qaydalarına uyğun risk monitorinqini həyata keçirmək;
  • Aşkar edilmiş risklərin azaldılması və dələduzluq hallarının qarşısının alınması üçün təkliflər hazırlamaq;
  • Monitorinq proseslərinin və mövcud risk nəzarəti mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank, ödəniş sistemləri və ya maliyyə sektorunda Fraud Risk, Fraud Monitoring və ya Risk Management sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Partnyorların (Merchant) cəlb olunması (onboarding), risk qiymətləndirilməsi və davamlı monitorinqi üzrə bilik və ya təcrübə;
  • POS və E-commerce terminallarının iş prinsipləri, əməliyyat limitləri və parametrləri üzrə biliklər;
  • 3D Secure (3DS), Card-on-File, Recurring və Card-Not-Present əməliyyatları üzrə biliklər;
  • Kart əməliyyatlarının həcmi, tezliyi və məbləğləri üzrə məlumatların təhlili bacarığı;
  • Fraud, chargeback və dispute hallarının araşdırılması və risklərin müəyyən edilməsi bacarığı;
  • Şübhəli partnyor fəaliyyətini, qeyri-adi əməliyyatları və potensial dələduzluq sxemlərini müəyyən etmək bacarığı;
  • Visa və Mastercard ödəniş sistemlərinin qaydaları və risk mexanizmləri üzrə biliklər;
  • MS Excel proqramında məlumatların təhlili bacarığı;
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük;
  • Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • SQL bilikləri üstünlükdür;
  • Visa Risk Manager, Mastercard risk alətləri və digər fraud monitorinq sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Merchant Fraud və Transaction Laundering riskləri üzrə biliklər üstünlükdür.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
2–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Son tarix
24 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
324

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Bank, ödəniş sistemləri və ya maliyyə sektorunda Fraud Risk və ya Risk Management sahəsində minimum 2-3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Mentorluq, peşəkar inkişaf, rəqabətli əməkhaqqı, bonuslar, yüksək təminatlı sığorta, Visa Premium əməkhaqqı kartı, korporativ endirimlər, tədbirlər və əlavə məzuniyyət günləri təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Fırıldaqçılığın qarşısının alınması üzrə analitik üzrə Bakıda digər açıq elanlar.

Kəpəz BOKT
Mütəxəssis · 2+ ilBakı
1 000₼

Kredit portfelinin keyfiyyətini və risk göstəricilərini təhlil etmək üçün kredit riskləri üzrə mütəxəssis tələb olunur

Risk AnalysisRisk ReportingData AnalysisPython+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsal dələduzluğun monitorinqi üzrə mütəxəssis
Müraciət et