Kredit risklərini təhlil edir və risk modellərinin hazırlanmasında iştirak edir.
Vakansiya haqqında
"KƏPƏZ BOKT" MMC risk sahəsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Kredit portfelinin keyfiyyətinin monitorinqi və risk göstəricilərinin təhlili
- Yeni məhsulların kredit riski baxımından qiymətləndirilməsi və rəy verilməsi
- Risk modellərinin (scorecard, limit sistemləri və s.) hazırlanması və təkmilləşdirilməsində iştirak
- Müxtəlif seqmentlər üzrə (retail, KOS, korporativ) risk analizlərinin aparılması
- Müntəzəm və ad-hoc risk hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi və audit proseslərində iştirak
- Daxili prosedur və qaydaların hazırlanması və təkmilləşdirilməsi
- Digər struktur bölmələri ilə koordinasiya edərək risklərin effektiv idarə olunmasına dəstək vermək
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə)
- Kreditləşmə, kredit risklərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi
- Bank məhsulları, kredit prosesləri və risk qiymətləndirmə metodologiyaları üzrə biliklər
- Analitik düşüncə, məlumatlarla işləmə və problem həll etmə bacarığı
- Excel, SQL, Python və ya digər analitik alətlər üzrə biliklər üstünlükdür
- Risk modelləri (scorecard, PD/LGD/EAD və s.) üzrə anlayış
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
İş şərtləri:
- Əmək haqqı: 1000 AZN
- 5 günlük iş qrafiki, 09:00–18:00
- Tam ştat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00–18:00-dır.
Əmək haqqı 1000 ₼ təşkil edir.
İş yeri Bakı şəhərindədir.
Kreditləşmə və kredit risklərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Namizəddən CV göndərməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit riskləri analitiki üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayır, maliyyə analizi aparır və 2 il təcrübəsi var.
Kredit risklərinin idarə edilməsi və modelləşdirilməsi üzrə analitik işləri aparmaq üçün təcrübə tələb olunur
Əməliyyat risklərinin idarə edilməsində iştirak edir və ən azı 3 il təcrübə tələb olunur




