Vakansiya haqqında

Rəqəmsal dələduzluq hallarının təhlili, araşdırılması və qarşısının alınması, antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində komandamıza Analitika şöbəsinin mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə analitik təhlilinin aparılması;
  • Şübhəli əməliyyatların, fraud hallarının və təhlükəsizlik insidentlərinin müstəqil şəkildə araşdırılması;
  • Dələduzluq sxemlərinin, əlaqəli əməliyyatların və onların yaranma səbəblərinin müəyyən edilməsi;
  • Aşkarlanmış fraud halları və tendensiyalar əsasında antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi;
  • Fraud risklərinin və yeni dələduzluq sxemlərinin təhlili, onların qarşısının alınması üzrə təkliflərin hazırlanması;
  • Antifraud proseslərinin effektivliyinin artırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak.

Tələblər

  • Ali təhsil;
  • Antifraud, maliyyə monitorinqi, kart biznesi, fraud araşdırmaları və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Visa və Mastercard kart əməliyyatlarının iş prinsipləri üzrə biliklər;
  • Mobil və internet bankçılıq xidmətlərinin iş prinsipləri üzrə biliklər;
  • Bank və rəqəmsal ödənişlər sahəsində əsas dələduzluq sxemləri haqqında biliklər;
  • SQL üzrə biliklər;
  • Güclü analitik düşüncə, məlumatların təhlili və araşdırma bacarıqları;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
23 sentyabr 2026

Şirkət haqqında

Birbank
Banking · Baku
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsal dələduzluğa qarşı mübarizə analitiki
Müraciət et