Ümumi məlumat
Rəqəmsal dələduzluq hallarının təhlili, araşdırılması və qarşısının alınması, antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində komandamıza
Analitika şöbəsinin mütəxəssisi axtarırıq.
Öhdəliklər
- Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə analitik təhlilinin aparılması;
- Şübhəli əməliyyatların, fraud hallarının və təhlükəsizlik insidentlərinin müstəqil şəkildə araşdırılması;
- Dələduzluq sxemlərinin, əlaqəli əməliyyatların və onların yaranma səbəblərinin müəyyən edilməsi;
- Aşkarlanmış fraud halları və tendensiyalar əsasında antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi;
- Fraud risklərinin və yeni dələduzluq sxemlərinin təhlili, onların qarşısının alınması üzrə təkliflərin hazırlanması;
- Antifraud proseslərinin effektivliyinin artırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak.
Tələblər
- Ali təhsil;
- Antifraud, maliyyə monitorinqi, kart biznesi, fraud araşdırmaları və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
- Visa və Mastercard kart əməliyyatlarının iş prinsipləri üzrə biliklər;
- Mobil və internet bankçılıq xidmətlərinin iş prinsipləri üzrə biliklər;
- Bank və rəqəmsal ödənişlər sahəsində əsas dələduzluq sxemləri haqqında biliklər;
- SQL üzrə biliklər;
- Güclü analitik düşüncə, məlumatların təhlili və araşdırma bacarıqları;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür.