Müştəri əməliyyatlarının real vaxt rejimində monitorinqini aparır və rəqəmsal dələduzluqla mübarizə aparır.
Vakansiya haqqında
- Müştəri əməliyyatlarının (kart, internet və mobil bankçılıq, POS-terminal və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
- Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi;
- Kart və digər rəqəmsal kanallar üzrə dələduzluq insidentlərinin araşdırılması və təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin görülməsi və monitorinq qaydalarına dəyişikliklərin təklif edilməsi;
- Risk göstəricilərinin müəyyənləşdirilməsi və təkrarlanan dələduzluq ssenarilərinin qarşısının alınması üçün təkliflərin hazırlanması;
- Rəqəmsal dələduzluqla bağlı daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlil edilməsi, zərurət yarandıqda müştərilərlə əlaqə saxlanılması;
- Təhlilin nəticələrinə əsasən müəyyən edilmiş tədbirlər planının icrası;
- Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə edilməsi.
Üstünlüklərimiz:
- Bank sektorunda karyera qurmaq və praktiki təcrübə qazanmaq imkanı;
- Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində bilik və bacarıqların artırılması;
- Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı;
- Təlimlərdə və peşəkar inkişaf proqramlarında iştirak;
- Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq;
- Bankdaxili karyera yüksəlişi imkanlarından yararlanmaq;
- Dinamik və gərgin iş mühitində qərarvermə, problem həll etmə və operativlik bacarıqlarını inkişaf etdirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarFırıldaqçılığın qarşısının alınması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştəri əməliyyatlarını monitorinq edib şübhəli halları təhlil etmək mütəxəssis tələb olunur.
Bankın rəqəmsal dələduzluq hallarını aşkar etmək və qarşısını almaq üçün tədbirlər görür.
Bankın daxili nəzarət və fırıldaqçılıq risklərinin aşkarlanması və qarşısının alınması üzrə işləyir.



