Modelləşdirmə,Qiymətləndirmə və Konsolidasiya olunmuş Hesabatlıq üzrə Aparıcı mütəxəssis

Bir

Vakansiya haqqında

Siz bu rolda şirkətin və törəmə müəssisələrinin maliyyə modellərinin hazırlanması, investisiya layihələrinin qiymətləndirilməsi və MHBS tələblərinə uyğun maliyyə hesablamalarının aparılmasına dəstək göstərəcəksiz. Vəzifə büdcə və maliyyə proqnozlarının hazırlanmasını, dəyərsizləşmə testlərinin aparılmasını, maliyyə məlumatlarının konsolidasiyasını və analitik hesabatların hazırlanmasını əhatə edir.

  • Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 1 il iş təcrübəsi (Aparıcı mütəxəssis üçün ən azı 2 il);
  • Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür);
  • IFRS standartları üzrə əsas biliklər;
  • Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma üzrə əsas bacarıqlar;
  • Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində nəzəri biliklər və praktiki tətbiq bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • Excel və maliyyə modelləşdirmə alətləri üzrə yaxşı səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür);
  • Ssenari, həssaslıq (sensitivity) və risk analizlərinin aparılması üzrə əsas bilik və bacarıqlar;
  • Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti;
  • SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi üstünlükdür;
  • Bank sektoru və normativ tələblər haqqında ümumi məlumatlılıq;
  • Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı;
  • Bazar trendləri və iqtisadi prinsiplər haqqında əsas anlayış;
  • Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar;
  • Güclü problem həll etmə və tənqidi düşünmə, kompleks məlumatları strukturlaşdırmaq bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Yeni bilikləri öyrənməyə və peşəkar inkişafa açıqlıq;
  • Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı;
  • Dinamik və sürətli iş mühitində işləmə bacarığı.

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

  • Strateji və investisiya layihələri çərçivəsində maliyyə modellərinin hazırlanmasında iştirak etmək, modellərin metodoloji yanaşmalara uyğunluğunun yoxlanılmasına və texniki baxımdan təkmilləşdirilməsinə dəstək göstərmək;
  • İnvestisiya və kapital qoyuluşu layihələri üzrə maliyyə modellərinin hazırlanmasında iştirak etmək, maliyyə göstəricilərini hesablamaq və qiymətləndirmə metodlarından istifadə etməklə müvafiq maliyyə hesablamalarını aparmaq;
  • Dəyərsizləşmə testləri və MHBS-nın tətbiqi ilə əlaqədar maliyyə modellərinin və qiymətləndirmə hesablamalarının hazırlanmasında iştirak etmək, müəyyən edilmiş metodoloji yanaşmaları tətbiq etmək;
  • MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması prosesində maliyyə modelləşdirməsi və qiymətləndirmə ilə bağlı zəruri hesablamaların hazırlanmasına dəstək göstərmək;
  • Törəmə şirkətlərdən daxil olan məlumatlar əsasında strateji maliyyə və büdcə modellərinin hazırlanmasında, müəyyən edilmiş metodologiyaya uyğunlaşdırılmasında və konsolidasiya məqsədləri üçün texniki inteqrasiyasında iştirak etmək;
  • Maliyyə modellərinin dövri əsasda yenilənməsini həyata keçirmək, strukturunun təkmilləşdirilməsində və texniki optimallaşdırılmasında, habelə modellərin avtomatlaşdırılması imkanlarının müəyyən edilməsində və müvafiq texniki həllərin tətbiqində iştirak etmək;
  • Maliyyə modellərində istifadə olunan əsas fərziyyələr, dəyişənlər və ssenarilər üzrə həssaslıq və ssenari analizlərini aparmaq, nəticələri sənədləşdirmək və bilavasitə rəhbərə təqdim etmək;
  • Strateji layihələr üzrə biznes planların, büdcələrin və uzunmüddətli maliyyə proqnozlarının hazırlanması zamanı maliyyə modelləşdirməsi üzrə texniki dəstək göstərmək;
  • Hazırlanmış maliyyə modelləri və hesablamalar əsasında rəhbərlik, bank komitələri və müvafiq müzakirə platformaları üçün analitik təqdimat və məlumat materiallarının hazırlanmasında iştirak etmək;
  • Maliyyə modellərində və hesablamalarda istifadə olunan məlumatların, əsas fərziyyələrin, məlumat mənbələrinin və hesablama metodlarının sənədləşdirilməsini, tamlığının və riyazi düzgünlüyünün ilkin texniki yoxlanılmasını həyata keçirmək;
  • Müəyyən edilmiş metodologiyalar əsasında maliyyə göstəricilərinin hesablanması və modelləşdirilməsi üzrə dövri və ad-hoc analitik materiallar hazırlamaq;
  • Yeni biznes istiqamətlərinin biznes modelinin hazırlanmasında və həmin istiqamətlərin operativ performansının qiymətləndirilməsində iştirak etmək;
  • Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi, bankdaxili normativ sənədlər və digər hüquqi aktlardan irəli gələn, vəzifənin əsas funksiyaları ilə əlaqəli digər işləri icra etmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
26 dekabr 2026
Baxış
12

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 2 il iş təcrübəsi tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət üçün son tarix 26 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İnvestisiya üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

PASHA Real Estate
Təcrübəli mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib

Daşınmaz əmlak investisiyalarının təhlili və maliyyə modelləşdirilməsi üzrə təcrübəli mütəxəssis axtarılır

Financial AnalysisFinancial ModelingProfit and Loss AnalysisMarket Research+12
Müraciət et
AGEC
Mütəxəssis · 3–5 ilBakı
Maaş göstərilməyib

Bərpa olunan enerji sektorunda investisiya layihələrinin maliyyə təhlilini aparmaq və modelləşdirmək tələb olunur

Financial AnalysisEconomic AnalysisFinancial ModelingMarket Research+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Modelləşdirmə,Qiymətləndirmə və Konsolidasiya olunmuş Hesabatlıq üzrə Aparıcı mütəxəssis
Müraciət et