Layihələrin maliyyə modellərini hazırlamaq və qiymətləndirmək üçün maliyyə analizçisi tələb olunur
Vakansiya haqqında
Əhəmiyyətli və strateji layihələr üzrə nəzarəti təmin etməklə, AİH-in portfelin idarə edilməsi, hesabatlılıq və təhlil proseslərinə rəhbərlik etmək, layihə məlumatlarını rəhbərlik üçün aydın, sübutlara əsaslanan nəticə və tövsiyələrə çevirmək.Portfel layihələrinin reyestrini, təsnifat modelini, hesabat təqvimini və şablonlarını formalaşdırmaq, idarəetmə proseslərini aparmaq və davamlı təkmilləşdirmək;Portfel şirkətlərindən və AİH-in aidiyyəti struktur bölmələrindən layihə məlumatlarının toplanmasına, yoxlanılmasına və konsolidasiyasına rəhbərlik etmək, natamam və ya uyğunsuz məlumatları sorğulamaq;Layihələrin vəziyyətinə dair icmalları, portfel üzrə idarəetmə panellərini, rəhbərlik üçün hesabat paketlərini, idarəetmə materiallarını və tapşırıqların icrasına dair cədvəlləri hazırlamaq;İrəliləyiş, qrafik, xərc, risklər, asılılıqlar, əsas qərarlar, faydalar və icra mümkünlüyünü daxil olmaqla, layihə fəaliyyətini izləmək və təhlil etmək;Yaranmaqda olan problemləri, portfellərarası trendləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək, qeyri-müəyyən problemləri strukturlaşdırmaq və rəhbərliyin nəzərdən keçirməsi üçün praktiki, sübutlara əsaslanan həll variantları hazırlamaq;Korporativ idarəetmənin və ya qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq sektor, əməliyyat və layihə icrası məsələləri üzrə hədəfli araşdırma və müqayisəli təhlil aparmaq;AİH-in ixtisaslaşmış struktur bölmələrinin töhfələrini nəzərə almaqla, korporativ idarəetmə, keyfiyyət və uyğunluq icmallarını koordinasiya etmək, razılaşdırılmış tədbirlərin və eskalasiyaların yekunlaşmasını izləmək;Portfel yetkinlik səviyyəsinin qiymətləndirmələrini dəstəkləmək və portfel şirkətlərinin PMO və ya layihə komandaları ilə təkmilləşdirmə planlarını əlaqələndirmək;Hesabat standartları, idarəetmə gözləntiləri və PMO alətləri ilə bağlı portfel üzrə əlaqələndirici şəxslərə metodoloji dəstək göstərmək;PMO-nun bilik bazasını yeniləmək, təcrübə mübadiləsi və bacarıqların inkişafı fəaliyyətlərini dəstəkləmək.
Əsas vəzifələr
- Portfel layihələrinin reyestrini, təsnifat modelini, hesabat təqvimini və şablonlarını formalaşdırmaq, idarəetmə proseslərini aparmaq və davamlı təkmilləşdirmək;
- Portfel şirkətlərindən və AİH-in aidiyyəti struktur bölmələrindən layihə məlumatlarının toplanmasına, yoxlanılmasına və konsolidasiyasına rəhbərlik etmək, natamam və ya uyğunsuz məlumatları sorğulamaq;
- Layihələrin vəziyyətinə dair icmalları, portfel üzrə idarəetmə panellərini, rəhbərlik üçün hesabat paketlərini, idarəetmə materiallarını və tapşırıqların icrasına dair cədvəlləri hazırlamaq;
- İrəliləyiş, qrafik, xərc, risklər, asılılıqlar, əsas qərarlar, faydalar və icra mümkünlüyünü daxil olmaqla, layihə fəaliyyətini izləmək və təhlil etmək;
- Yaranmaqda olan problemləri, portfellərarası trendləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək, qeyri-müəyyən problemləri strukturlaşdırmaq və rəhbərliyin nəzərdən keçirməsi üçün praktiki, sübutlara əsaslanan həll variantları hazırlamaq;
- Korporativ idarəetmənin və ya qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq sektor, əməliyyat və layihə icrası məsələləri üzrə hədəfli araşdırma və müqayisəli təhlil aparmaq;
- AİH-in ixtisaslaşmış struktur bölmələrinin töhfələrini nəzərə almaqla, korporativ idarəetmə, keyfiyyət və uyğunluq icmallarını koordinasiya etmək, razılaşdırılmış tədbirlərin və eskalasiyaların yekunlaşmasını izləmək;
- Portfel yetkinlik səviyyəsinin qiymətləndirmələrini dəstəkləmək və portfel şirkətlərinin PMO və ya layihə komandaları ilə təkmilləşdirmə planlarını əlaqələndirmək;
- Hesabat standartları, idarəetmə gözləntiləri və PMO alətləri ilə bağlı portfel üzrə əlaqələndirici şəxslərə metodoloji dəstək göstərmək;
- PMO-nun bilik bazasını yeniləmək, təcrübə mübadiləsi və bacarıqların inkişafı fəaliyyətlərini dəstəkləmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, layihələrin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- PMO, portfelin idarə edilməsi, layihələrə nəzarət, transformasiya, konsaltinq, strategiyanın icrası, maliyyə və ya biznes planlaşdırılması sahələrində ən azı 5 il iş təcrübəsi (iri layihələrdə, böyük dördlük və ya digər aparıcı konsaltinq şirkətlərində iş təcrübəsinə üstünlük verilir);
- Layihə və portfel idarəetməsi, qrafiklər, risklər, büdcələr, asılılıqlar, faydalar və rəhbərlik üçün hesabatlılıq üzrə praktiki biliklər;
- Yeni fəaliyyət sahələrini, biznesləri və ya layihə məsələlərini qısa müddətdə anlamaq qabiliyyəti, güclü analitik düşüncə və qiymətləndirmə qabiliyyəti;
- Natamam məlumatlarla işləmək, gizli problemləri müəyyən etmək, alternativləri qiymətləndirmək və praktiki, sübutlara əsaslanan tövsiyələr hazırlamaq qabiliyyəti;
- MS Excel və PowerPoint proqramlarından yüksək səviyyədə istifadə bacarığı, Power BI və ya oxşar idarəetmə paneli alətlərində təcrübəyə üstünlük verilir;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, İngilis dilində peşəkar mənbələrlə işləmək və işgüzar kommunikasiya bacarığı;
- Fikirlərini yazılı şəkildə aydın və strukturlaşdırılmış formada ifadə etmək, maraqlı tərəflərlə effektiv kommunikasiya qurmaq və konstruktiv suallar vermək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ən azı 5 il iş təcrübəsi tələb olunur.
MS Excel, PowerPoint və Power BI proqramlarından istifadə olunur.
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, layihələrin idarə edilməsi və ya əlaqəli sahələrdə ali təhsil tələb olunur.
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, İngilis dilində peşəkar səviyyədə işgüzar kommunikasiya bacarığı tələb olunur.
Layihə və portfel idarəetməsi, risklərin idarə olunması, büdcə və hesabatlılıq üzrə praktiki biliklər tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİnvestisiya üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Daşınmaz əmlak investisiyalarının təhlili və maliyyə modelləşdirilməsi üzrə təcrübəli mütəxəssis axtarılır
Maliyyə modellərinin hazırlanması və qiymətləndirilməsi üzrə aparıcı mütəxəssis axtarılır, ən azı 2 il təcrübə tələb olunur
Fərdi investorlara investisiya məsləhəti verir və portfel idarəçiliyi bacarığı tələb olunur



