Mühasibatlıq və vergi üzrə baş mütəxəssis

SOCAR

Vakansiya haqqında

.

Vəzifənin adı: Mühasibat uçotu və vergilər üzrə aparıcı mütəxəssis (SOCAR Downstream MMC əməkdaşları üçün)

Bu vakansiya yalnız SOCAR Downstream MMC əməkdaşları üçün nəzərdə tutulub

Description: SOCAR Downstream MMC (Metanol zavodu), Maliyyə, Mühasibat uçotu və vergilər üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmasını, vergi öhdəliklərinin düzgün hesablanmasını və uçot məlumatları ilə üzləşdirilməsini təmin etmək;
  • ƏDV, mənfəət vergisi, əmlak, torpaq və digər tətbiq olunan vergilər üzrə hesablamaları, bəyannamələri və müvafiq hesabatları hazırlamaq;
  • ƏDV əməliyyatlarını, elektron qaimə-fakturaları, ƏDV depozit hesabını və əvəzləşdirilən vergi məbləğlərini yoxlamaq və üzləşdirmək;
  • Mənfəət vergisi üzrə gəlir və xərclərin düzgün tanınmasını, vergitutma bazasını, çıxılan və çıxılmayan xərcləri, amortizasiya və digər vergi hesablamalarını aparmaq;
  • Qeyri-rezidentlərlə əməliyyatlar, ödəmə mənbəyində tutulan vergilər və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üzrə vergi öhdəliklərini təhlil etmək;
  • Vergi bəyannamələrinin hazırlanmasını və səlahiyyətləri çərçivəsində təqdim edilməsini, əvvəlki dövrlərin vergi uçotunun yoxlanılmasını və zəruri düzəlişlərin aparılmasını təmin etmək;
  • Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanmasını həyata keçirmək;
  • Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi nəticələrini təhlil etmək, vergi risklərini və qanunvericilikdəki dəyişikliklərin təsirini qiymətləndirmək;
  • SAP sistemində mühasibat və vergi uçotu məlumatlarını yoxlamaq, müvafiq registrlər və hesabatlar arasında üzləşdirmələr aparmaq;
  • İlkin uçot sənədlərinin yoxlanılmasında, debitor-kreditor hesablaşmalarında, əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər mühasibat əməliyyatlarının uçotunda iştirak etmək;
  • Aylıq və illik hesabat dövrlərinin bağlanışında, maliyyə və vergi hesabatlarının hazırlanmasında, daxili və xarici audit proseslərində iştirak etmək.
.

Namizədə tələblər:

  • Mühasibat uçotu, maliyyə, vergi, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Mühasibat uçotu və/və ya vergi sahəsində minimum 4 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotunu tənzimləyən qanunvericilik üzrə yüksək səviyyədə bilik;
  • ƏDV, mənfəət vergisi və digər vergi növləri üzrə hesablamaların və bəyannamələrin müstəqil hazırlanması bacarığı;
  • Mühasibat uçotunun əsas istiqamətləri və MHBS/IFRS üzrə biliklər;
  • MS Excel və elektron vergi sistemlərindən istifadə bacarığı;
  • Vergi risklərini müəyyən etmək, təhlil aparmaq, əsaslandırılmış rəy və təkliflər hazırlamaq bacarığı;
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Üstünlük veriləcək

  • Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA (TX, FR, ATX və digər müvafiq imtahanlar), DipIFR və ya mühasibat uçotu və vergitutma sahəsində digər tanınmış peşəkar sertifikatlara malik olmaq üstünlükdür.


İş yeri: SOCAR Metanol zavodu

Son müraciət tarixi: 29 Noyabr, 2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Heydər Əliyev prospekti 121 (SOCAR Tower)
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Son tarix
29 noyabr 2026
Baxış
56

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İstehsalat mühasibi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

23 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat mühasibi kimi öz maaşını yoxla

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 4 il iş təcrübəsi tələb olunur.

Mühasibat uçotu, maliyyə, vergi, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil tələb olunur.

SAP sistemi və MS Excel proqramlarından istifadə olunur.

Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA, DipIFR və digər mühasibat uçotu və vergitutma sahəsində tanınmış sertifikatlar üstünlükdür.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.

ALUMEKS
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 500–2 000₼

İstehsalat mühasibatlığını aparır, maya dəyərinin hesablanması və 5 il təcrübə tələb olunur

AccountingCost AccountingFinancial Reporting1C+6
Müraciət et
Kaspi Project Construction MMC
Mütəxəssis · 3+ ilBakı
2 000₼

Tikinti sahəsində mühasibat və vergi uçotunu aparmaq üçün 3 il təcrübəli mühasib tələb olunur

AccountingFinancial ReportingBudgetingTax Reporting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Good Finance
Mütəxəssis · 2–3 ilBakı
1 400–1 800₼

Mühasibat sənədlərini hazırlamaq və vergi hesabatlarını təqdim etmək üçün 2-3 il təcrübə tələb olunur

Accounting1CInvoice preparationFinancial Reporting+8
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasibatlıq və vergi üzrə baş mütəxəssis
Müraciət et