Mühasibat uçotu və vergilər üzrə aparıcı mütəxəssis kimi vergi hesabatlarını hazırlamaq və təhlil etmək.
Vakansiya haqqında
Əsas vəzifələr
- Bağlanması nəzərdə tutulan əqdlər üzrə maliyyə şərtlərinin, ödəniş qrafiklərinin, büdcə uyğunluğunun və maliyyə risklərinin təhlilində iştirak etmək;
- Bağlanmış müqavilələrin illik təsdiq edilmiş büdcə və xərc təsnifatlarına uyğun olaraq reyestrinin aparılmasını təmin etmək;
- Fondun digər müəssisə və təşkilatlarla bağladığı müqavilələr üzrə maliyyə şərtlərinin və ödəniş öhdəliklərinin icrasını təhlil etmək;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların, aktların və digər ilkin uçot sənədlərinin mühasibat uçotu və vergi qanunvericiliyi baxımından düzgünlüyünü yoxlamaq;
- Fondun təsərrüfat və maliyyə əməliyyatlarının müvafiq müxabirləşmələr əsasında 1C 8.3 proqramında düzgün və vaxtında əks etdirilməsində iştirak etmək;
- Mühasibat hesabları üzrə dövriyyə və qalıqları, debitor və kreditor hesablaşmalarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və üzləşdirmələrin aparılmasında iştirak etmək;
- Əsas vəsaitlərin və mal-materialların uçotunu aparmaq, amortizasiya məbləğini hesablamaq, inventarizasiya prosesində iştirak etmək və müvafiq əməliyyatların 1C 8.3 proqramında düzgün əks etdirilməsini təmin etmək;
- Vergi öhdəliklərinin hesablanması, vergi uçotunun aparılması, vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanması, yoxlanılması və qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim edilməsində iştirak etmək;
- Fond tərəfindən göstərilən məqsədli maliyyə dəstəyinin düzgün və təyinatı üzrə xərclənməsinin yoxlanılmasında iştirak etmək;
- Maliyyə və mühasibat məlumatlarını MS Excel vasitəsilə emal və təhlil etmək, üzləşdirmələr, hesablamalar və analitik hesabatlar hazırlamaq;
- Maliyyə və mühasibat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası prosesində iştirak etmək;
- Büdcə icrasının monitorinqini aparmaq, faktiki nəticələri büdcə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları və xərc maddələrini təhlil etmək;
- Daxili və xarici audit prosesləri zamanı tələb olunan maliyyə və mühasibat sənədlərinin hazırlanmasında və auditor sorğularının cavablandırılmasında iştirak etmək;
- Maliyyə, mühasibat uçotu, vergi və hesabatlılıqla bağlı riskləri və uyğunsuzluqları müəyyənləşdirmək, onların aradan qaldırılması və azaldılması istiqamətində təkliflər vermək;
- Maliyyə və mühasibat uçotu, hesabatlılıq və daxili proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
- Maliyyə şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil.
- ACCA, DipIFR və ya PMS sertifikatlarından hər hansı birinə malik olmaq üstünlük hesab edilir.
- Maliyyə, mühasibat uçotu və vergi istiqamətlərini əhatə edən minimum 4 il iş təcrübəsi;
- Mühasibat uçotunun aparılması, ilkin uçot sənədlərinin yoxlanılması, müxabirləşmələrin verilməsi, hesablaşmaların üzləşdirilməsi, əsas vəsaitlərin uçotu və vergi hesabatlılığı üzrə praktiki iş təcrübəsi;
- 1C 8.3 proqramında gündəlik mühasibat əməliyyatlarının aparılması və uçot məlumatları ilə işləmək üzrə praktiki iş təcrübəsi;
- MS Excel proqramında yüksək səviyyədə praktiki iş təcrübəsi, o cümlədən böyük həcmli məlumatların emalı, təhlili, üzləşdirilməsi və hesabatların hazırlanması;
- Maliyyə və mühasibat məlumatlarının analitik təhlili, kənarlaşmaların və uyğunsuzluqların müəyyən edilməsi üzrə praktiki təcrübə; IFRS əsasında maliyyə hesabatlarının hazırlanması və ya audit proseslərində iştirak təcrübəsi üstünlük hesab edilir.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi, xüsusilə maliyyə terminologiyası üzrə bilik üstünlük hesab edilir;
- MS Excel proqramında əla səviyyədə işləmək bacarığı (Pivot Table, Power Query, mürəkkəb formulalar, məlumatların təhlili, üzləşdirilməsi və hesabatların hazırlanması);
- 1C 8.3 proqramında sərbəst və yüksək səviyyədə işləmək, mühasibat əməliyyatlarını düzgün əks etdirmək və uçot məlumatlarını yoxlamaq bacarığı;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə nəzəri və praktiki biliklər;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər aidiyyəti normativ hüquqi aktlar üzrə nəzəri və praktiki biliklər;
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə təhlili və büdcə planlaşdırılması sahəsində biliklər;
- Bank əməliyyatları və ödəniş prosesləri üzrə biliklər;
- Müqavilələrin maliyyə şərtlərini təhlil etmək bacarığı;
- Güclü analitik düşünmə, böyük həcmli maliyyə və mühasibat məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və problemləri operativ həll etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Təqdimat və hesabat hazırlamaq bacarığı.
- İş saatları - 09:30-dan 18:30-dək.
- Şənbə və bazar günləri istirahət günləridir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat mühasibi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 600 ₼.
23 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat mühasibi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş saatları 09:30-dan 18:30-dəkdir, şənbə və bazar istirahət günləridir.
İş yeri Bakı şəhərindədir.
Minimum 4 il iş təcrübəsi tələb olunur.
1C 8.3 və MS Excel proqramlarında yüksək səviyyədə bilik tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.
İstehsalat mühasibatlığını aparır, maya dəyərinin hesablanması və 5 il təcrübə tələb olunur
Maliyyə hesabatlarının hazırlanmasını və audit prosesini IFRS üzrə koordinasiya etmək tələb olunur
Tikinti sahəsində mühasibat və vergi uçotunu aparmaq üçün 3 il təcrübəli mühasib tələb olunur


