Vakansiya haqqında

“Az Protein Foods Group” MMC “İstehsalat üzrə maliyyə nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil.

  • Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş təcrübəsi.

  • İstehsalat üzrə minimum 5 il iş təcrübəsi.

  • Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün bağlanması.

  • İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər.

  • 1C proqramında sərbəst işləmək, səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı.

  • Meatsys üzrə təcrübə üstünlükdür.

  • Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;

  • Xammalın qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna nəzarət;

  • Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün uçota alınmasının yoxlanılması;

  • İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət;

  • Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili;

  • İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün yoxlanılması;

  • Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların araşdırılması;

  • Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət;

  • Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların hazırlanması;

  • Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat verilməsi;

  • Təkrarlanan səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.

İş şəraiti

  • Əmək haqqı: 2000-2500 manat

  • İş qrafiki: 6 günlük.

  • Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Buzovna
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 000–2 500 ₼
Yerləşdirilib
5 noyabr 2026
Son tarix
5 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
149

Şirkət haqqında

Az Protein Foods Group MMC
Food and Beverage Manufacturing · 51-200 · Bakı
Az Protein Foods Group MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 6 gündür.

Əmək haqqı 2000-2500 manat aralığındadır.

İş yeri Buzovnada yerləşir.

İstehsalat üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat üzrə maliyyə nəzarətçisi üzrə Bakıda digər açıq elanlar.

Baş mühasib
Təcrübəli mütəxəssis · 5+ ilBakı
2 500–3 000₼

Mühasibat uçotunu təşkil edir, maliyyə hesabatlarını hazırlayır və 5 il təcrübə tələb edir

AccountingFinancial ReportingBudgetingFinancial Analysis+9
Müraciət et
Holiday in Azerbaijan
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 500–2 000₼

Maliyyə əməliyyatlarını idarə edir və vergi qanunvericiliyini yüksək səviyyədə bilir

Financial ReportingAccounting1CFinancial Analysis+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Sahara Electronics
Təcrübəli mütəxəssisBakı
1 500–2 000₼

Mühasibatlıq proseslərini idarə edir və maliyyə hesabatlarının hazırlanmasını təmin edir

AccountingFinancial Reporting1CTax Legislation+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
2 000–2 500 ₼
İstehsalat üzrə maliyyə nəzarətçisi
Müraciət et