Biznes ehtiyaclarını texniki tələblərə çevirən və proqram təminatı layihələrində iştirak edən Junior Biznes Analitik.
Vakansiya haqqında
Bu rolun əsas məqsədi, Bir ekosisteminin Fintek biznesində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
Vəzifə öhdəlikləri
- Yeni biznes imkanlarını və inkişaf strategiyalarını müəyyən etmək üçün Product komandası ilə əməkdaşlıq etmək
- Bazar tendensiyalarını, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini anlamaq məqsədilə bazar araşdırmaları və təhlillər aparmaq
- Məhsul performansını və müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyən etmək məqsədilə məlumatları təhlil etmək
- Yeni məhsul ideyalarını və biznes təşəbbüslərini qiymətləndirmək üçün maliyyə modelləri və feasibility study-lər hazırlamaq
- Əldə olunan nəticələri və tövsiyələri rəhbərlik və digər maraqlı tərəflər üçün ümumiləşdirən hesabat və təqdimatlar hazırlamaq
Tələblər
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili
- Biznes, Maliyyə və İqtisadi sahə üzrə bakalavr dərəcəsi üstünlük hesab edilir
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı
- Məsuliyyətlilik, operativlik və dəqiqlik
- Komanda ilə işləmək bacarığı
- Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
- İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
- Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı (Tableau və ya PowerBI)
Üstünlüklər
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 1 000 ₼.
36 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Biznes qərar qəbuletməni dəstəkləmək üçün məlumatların təhlili və modelləşdirmə bacarığı tələb olunur.
Maliyyə və kommersiya göstəricilərinin təhlilini aparır, ACCA sertifikatına malik olmalıdır
İş proseslərini analiz edir, AI texnologiyalarını araşdırır və biznes ehtiyaclarına uyğun həllər təklif edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





