Müştərilərlə işləyir, kredit müraciətlərini qiymətləndirir və satış bacarıqları tələb olunur.
Vakansiya haqqında
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Ağsu üçün Kredit Satış Mütəxəssisi (Birbaşa satış)vəzifəsinə vakansiya elan edir.
- Müştərilərlə yerində görüşlər təşkil edərək onların fəaliyyətini və maliyyə ehtiyaclarını qiymətləndirmək, uyğun kredit məhsullarını təqdim etmək
- Müştərinin maliyyə və kredit qabiliyyətini təhlil etmək məqsədilə gəlir, xərc və biznes dövriyyəsi üzrə məlumatların toplanması və analizini həyata keçirmək
- Müştərinin biznes və sosial məlumatlarını təhlil edərək fəaliyyətinin real mövcudluğunu və kreditin məqsədəuyğunluğunu qiymətləndirmək
- Uyğunluq meyarlarına cavab verən müştərilər üzrə kredit ərizələrinin təqdim edilməsi, doldurulmasına nəzarət və əsas bank sisteminə daxil edilməsi
- Müştəri məlumatlarının (əlaqə, biznes və sosial məlumatlar) tamlığı və düzgünlüyünün təmin edilməsi, məlumatların toplanması, yoxlanılması və sistemə daxil edilməsi
- Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
- Satış hədəflərinə nail olmaq, müştəri portfelini genişləndirmək və ərazi üzrə kredit satışlarının artırılmasına yönəlik aktiv fəaliyyət göstərm
- Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
- Kredit məhsulunun verilmə məqsədini və müştərinin biznes/təsərrüfat ehtiyaclarına uyğunluğunu qiymətləndirmək
- Müştərinin kredit tarixçəsini Kredit Bürosu, kredit reyestri və daxili sistemlər üzrə yoxlamaq, nəticələri sistemə daxil etmək və kredit risklərini təhlil etmək
- Zamin tələb olunan hallarda zaminin maliyyə vəziyyətini və öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirmək, riskli hallarda prosesi dayandıraraq rəhbərliyi məlumatlandırmaq
- Kredit sənədlərinin tamlığını yoxlamaq və kredit paketinin düzgün formalaşdırılmasını təmin etmək
- Təsdiq olunmuş kreditlər üzrə müştəriləri məlumatlandırmaq və növbəti mərhələləri izah etmək
- Kredit verildikdən sonra müştərinin fəaliyyətinin monitorinqində iştirak etmək və kreditin məqsədli istifadəsini yoxlamaq
- Müştəri sorğularını operativ cavablandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kredit mütəxəssisi üzrə bazar adətən 600–1 070 ₼ ödəyir, median — 1 000 ₼.
33 açıq vakansiya, 46 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit mütəxəssisi üzrə Ağsuda digər açıq elanlar.
Kredit müraciətlərini qəbul edib qiymətləndirir, maliyyə analizini aparmaq bacarığı tələb olunur
Kreditləşmə və müştəri əlaqələrinin idarə edilməsində təcrübəli, satış bacarıqları olan mütəxəssis axtarılır
Müştərilərə kreditlə satış barədə məlumat verir və kredit müraciətlərini analiz edir.




