Müştərilərlə işləyir, kredit müraciətlərini qiymətləndirir və satış bacarıqları tələb olunur.
Vakansiya haqqında
Vəzifə tələbləri:
- Ali və ya orta ixtisas təhsili;
- Kredit və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
- Stress altında işləmə bacarığı.
- Məsuliyyətli, dəqiq və kollektivlə işləmə bacarığı.
- Kredit məhsulları, maliyyə təhlili və kredit riskləri haqqında biliklər;
- Güclü ünsiyyət, təqdimat və müştərilərlə işləmək bacarığı;
İşin təsviri:
- Yeni müştərilərin cəlb edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərə kredit məhsulları, şərtləri və müraciət prosesi barədə ətraflı məlumat verilməsi;
- Kredit müraciətlərinin qəbulu, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili;
- Kredit sənədlərinin düzgün və tam hazırlanmasının təmin edilməsi;
- Kredit portfelinin formalaşdırılması, idarə olunması və ödənişlərə nəzarət edilməsi;
- Müəyyən edilmiş kredit hədəflərinin yerinə yetirilməsi;
- Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət standartlarına riayət olunması.
İş şəraiti:
- İş saatı 09:00-18:00 dək
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: İmişli şəhəri
- Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Kredit mütəxəssisi” başlığı ilə göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kredit mütəxəssisi üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 1 000 ₼.
35 açıq vakansiya, 44 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
M Bulak Şirkəti – zəngin inkişaf və formalaşma tarixi, peşəkar rəhbərliyin başçılığı altında həmfikir, məqsədyönlü və ambisiyalı komandanın nəticəsidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatı 09:00-18:00 dəkdir.
İmişli şəhərindədir.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
CV göndərilməlidir, mövzu olaraq “Kredit mütəxəssisi” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Kreditləşmə və müştəri əlaqələrinin idarə edilməsində təcrübəli, satış bacarıqları olan mütəxəssis axtarılır
Korporativ müştərilərlə işləyir, bank məhsullarını satmaq və maliyyə təhlili aparmaq bacarığı tələb olunur
Müştərilərə kreditlə satış barədə məlumat verir və kredit müraciətlərini analiz edir.




