Vakansiya haqqında
Təsvir
- Satış strukturlarından daxil olan korporativ müştəri müraciətlərinin təhlilinin aparılmasını və yekun rəyin hazırlanaraq təqdim edilməsini təmin etmək;
- Korporativ müştərilərin maliyyə və biznes fəaliyyətinin təhlilini həyata keçirmək, risklərin qiymətləndirilməsi üzrə əsaslandırılmış rəylər vermək;
- Təhlil proseslərinin təkmilləşdirilməsi məqsədilə yeni yanaşma və metodologiyaların tətbiqində iştirak etmək;
- Biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
- Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kiçik işçilərin işinin koordinasiyasını həyata keçirmək, onların peşəkar inkişafına dəstək göstərmək;
- Təhlil prosesləri ilə bağlı daxili təlimlərin təşkili və keçirilməsində iştirak etmək;
- Fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri və təlimatlarının tətbiqini təmin etmək;
- Daxili siyasət, prosedur və qaydalara uyğun fəaliyyət göstərmək;
- Hesabatların hazırlanmasında, məlumatların təhlilində və qərar qəbuletmə prosesində iştirak etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma, təqdimat və dinləmə bacarıqları;
- Operativ, məsuliyyətli və dəqiq işləmək qabiliyyəti;
- Analitik düşünmə və problemlərin həlli bacarığı;
- Komandada effektiv işləmək bacarığı;
- Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların (ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting), CFA və s.) olması üstünlükdür;
- Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə bilmək;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə analitiki üzrə bazar adətən 800–2 250 ₼ ödəyir, median — 1 256 ₼.
31 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
“Azər-Türk Bank” ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasiyasının, MasterCard İnternational-ın, Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyinin (SWIFT), AzəriCard Prosessinq Mərkəzi, Hökumət Ödəmə…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 1-3 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə analitiki üzrə Bakıda digər açıq elanlar.
İstehsalat üzrə maliyyə uçotunu aparır, 1C və Excel bilikləri tələb olunur
Maliyyə təhlili və büdcə üzrə işləyir, 1C ERP və Excel bilikləri tələb olunur.
Maliyyə analitiki kimi təchizatçı ödənişlərini və 1C/SAP-də uçotu idarə edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





