Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq
  • Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta ve uzunmüddətli proqnozların hazırlanması
  • Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
  • Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
  • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
  • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
  • ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
  • Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
  • Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək
  • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.

Namizədə olan tələblər:

  • Təhsil pilləsi (minimum) - Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası - Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahə
  • İş təcrübəsi (minimum) - Müvafiq sahə üzrə ən az 5 il. Konsolidasiya olunmuş aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə.
  • Dil bilikləri - Azərbaycan dili, Ingilis dili
  • Kompüter bilikləri - Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), ERP sistemləri üzrə praktiki biliklər, Power BI (arzuolunandır)
  • Sertifikat - Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA, CFA və s. arzu olunandır)
  • Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Nəticə yönümlülük / Tabeliyindəki əməkdaşları idarə etmək
  • Komanda ruhu / Layihələri idarə etmək
  • Kommunikasiya / Riskləri idarə etmək
  • Problem həll etmək / Strateji düşünmək
  • Dəyişikliklərə uyğunlaşmaq / Prosesləri idarə etmək
  • Data analitika / Qərar qəbul etmək

Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsində “Büdcə və hesabatlılıq şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Təmiz Şəhər
Su təchizatı və tullantıların idarə edilməsi, Tullantıların idarə olunması və təkrar emal · Bakı

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən təsis olmuşdur.

Təmiz Şəhər — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Aqualink Azerbaijan LLC
C-Level/Executive · 10+ ilBakı
Maaş göstərilməyib

Şirkətin maliyyə strategiyasını idarə edir və maliyyə sahəsində ən azı 10 il təcrübəsi var

Financial StrategyFinancial Risk ManagementFinancial PlanningBudgeting+18
Müraciət et
Prime Cotton
Senior · 5+ ilMingəçevir
Maaş göstərilməyib

İşçi maliyyə büdcəsinin hazırlanması və icrasını nəzarət edir, maliyyə analitikası sahəsində 5 il təcrübə tələb olunur.

Financial AnalysisBudgetingFinancial PlanningPower BI+10
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Büdcə və hesabatlılıq şöbəsinin müdiri
Müraciət et