Büdcə və hesabatların hazırlanması və təhlili üzrə 5 ildən çox təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
Aktivlərin İdarə Edilməsi komandamıza qoşulacaq təcrübəli Hesabatlılıq üzrə Ekspert / Baş mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi maliyyə və əməliyyat hesabatlarının hazırlanması və inkişaf etdirilməsi, hesabat proseslərinin avtomatlaşdırılması və idarəetmə qərarlarının qəbulunu dəstəkləyən etibarlı və dəqiq məlumatların təmin edilməsidir.
Əsas vəzifələr:
- Maliyyə və əməliyyat hesabatları üçün Power BI hesabatları, dashboardlar və data həllərini hazırlamaq, inkişaf etdirmək və dəstəkləmək.
- Power BI, Python/Pandas, Excel və Azure xidmətlərindən istifadə etməklə məlumatların toplanması, transformasiyası və hesabat proseslərini avtomatlaşdırmaq.
- Məlumat axınlarını (data pipelines) qurmaq və idarə etmək, məlumatları emal etmək, Azure SQL-ə yükləmək və planlaşdırılmış data yenilənmələrini təmin etmək.
- P&L, Trial Balance, Balance Sheet, Cash Flow və CAPEX daxil olmaqla maliyyə hesabatları üzrə məlumat dəstlərini və modelləri hazırlamaq və dəstəkləmək.
- Power BI Service üzrə iş sahələrini (workspaces), dataset/semantic modelləri, data yenilənmələrini, giriş hüquqlarını və hesabatların yerləşdirilməsini idarə etmək.
- İdarəetmə hesabatları üçün data modelləri, transformasiyalar və DAX ölçülərini (measures) hazırlamaq.
- Müxtəlif biznes sistemləri və mənbə fayllarından məlumatları inteqrasiya etmək və əməliyyat hesabatlarını hazırlamaq.
- Məlumat keyfiyyəti və hesabatlarla bağlı problemləri araşdırmaq, mənbə məlumatlarını hesabat nəticələri ilə üzləşdirmək və uyğunsuzluqları aradan qaldırmaq.
- Hesabat həlləri və prosesləri üzrə texniki və istifadəçi sənədlərini hazırlamaq və aktual saxlamaq.
- Biznes və IT tərəfdaşları ilə əməkdaşlıq edərək hesabat tələblərini müəyyənləşdirmək və onları praktik texniki həllərə çevirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.
Layihələrin hesabatlarını hazırlayan, Power BI və Excel-də təcrübəli, ən azı 4 il iş təcrübəsi tələb olunur
Maliyyə hesabatlarının hazırlanmasını və audit proseslərini idarə etmək üçün maliyyə təcrübəsi tələb olunur
Maliyyə hesabatlarını hazırlayır və IFRS biliklərinə malik təcrübəli mütəxəssis axtarılır



