Maliyyə hesabatlarını hazırlayır, büdcə təhlili aparır və maliyyə təhlili üzrə 1-2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Maliyyə hesabatlılığı, büdcə təhlili və məhsul rentabelliyinin qiymətləndirilməsi sahəsində bilik və təcrübəyə malik, maliyyə göstəricilərinin təhlili əsasında biznes qərarlarının effektivliyinin artırılmasına və maliyyə performansının optimallaşdırılmasına töhfə verəcək analitik düşüncəli mütəxəssis axtarırıq.
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
Maliyyə hesabatlılığı, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 1–2 il müvafiq iş təcrübəsi;
Minimum ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting) sertifikatlarının olması;
MHBS (IFRS), maliyyə hesabatlılığı prinsipləri və maliyyə təhlili metodları üzrə yaxşı biliklər;
Microsoft Office proqramları, xüsusilə MS Excel və MS PowerPoint üzrə biliklər;
Böyük həcmli məlumatlarla işləmək, məlumatların dəqiqliyini və ardıcıllığını təmin etmək bacarığı;
Sahiblənmə və məsuliyyət hissi;
Dəyişən mühitə çevik adaptasiya;
Davamlı öyrənmə və inkişaf həvəsi.
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
- MS Excel və MS PowerPoint proqramlarından istifadə etməklə aylıq idarəetmə hesabatlarını və təqdimatları hazırlamaq;
- Aylıq mənfəət və zərər (P&L) hesabatlarının, o cümlədən məhsullar üzrə P&L hesabatlarının hazırlanması və konsolidasiyasında iştirak etmək;
- Büdcə və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyənləşdirmək və əhəmiyyətli fərqləri əsaslandırmaq;
- Maliyyə məlumatlarının toplanması və təhlili məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
- Zərərsizlik nöqtəsini (Break-even) hesablamaq və təhlil etmək;
- Maliyyə hesabatlılığı və büdcələşdirmə proseslərinin davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Maliyyə hesabatlılığı, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 1–2 il iş təcrübəsi tələb olunur.
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr təhsili tələb olunur.
Rəqabətli əməkhaqqı, bonuslar, yüksək təminatlı sığorta, Visa Premium əməkhaqqı kartı, korporativ endirimlər, tədbirlər və əlavə məzuniyyət günləri təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarının hazırlanmasını və komandanın idarə edilməsini təmin etmək üçün maliyyə təhsili tələb olunur
Təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır, 2 il təcrübə və 1C proqramını bilməlidir
Maliyyə hesabatlarının hazırlanmasını və analitik təhlilini aparmaq üçün minimum 2 il təcrübə tələb olunur




