Biznes kreditlər üzrə Təcrübə proqramı (Naxçıvan)

Monetri BOKT MMC

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400–400 ₼
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
17 avqust 2026

Vakansiya haqqında

Əsas vəzifələri:

  • Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
  • Müştərilərlə danışıqlar aparmaq.
  • Müştəri şəbəkəsinin genişləndirilməsi;
  • Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
  • Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək.
  • Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək.
  • Kredit memorandumunu hazırlamaq və kredit komitəsinə təqdim etmək.
  • Kredit müqaviləsi və ödəniş cədvəlinə uyğun olaraq borcların vaxtında ödənilməsini təmin etmək.
  • Müqavilə şərtlərini pozan müştərilərlə işləmək və borcların ödənilməsinə dair tədbirlər görmək.
  • Aylıq satış planlarını yerinə yetirmək.
  • Mikro kredit sahəsi üzrə təcrübəçilərin və yeni işçilərin hazırlanmasına dəstək vermək.

Tələb olunan keyfiyyətlər:

  • Kreditlərlə bağlı biliklər və təcrübə.
  • Təhlil etmə və ünsiyyət qurma bacarığı.
  • Analitik düşünmə qabiliyyəti.
  • Müştəri ilə işləmək bacarığı.
  • Komanda ilə işləmək bacarığı.
  • Azərbaycan dili mükəmməl səviyyədə.

Xüsusi tələblər

  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaş həddi 22-35
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti

İş şəraiti:

  • Əmək haqqı: 400 AZN
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə ilə təmin edilmə;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mikro biznes kreditləri üzrə Təcrübə proqramı( Naxçıvan)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

Şirkət haqqında

Monetri BOKT MMC
Financial Services · Baku

Monetri BOKT is an Azerbaijani non-bank credit organization providing consumer and micro loans, auto leasing, business credits and pawn (lombard) services.

Monetri BOKT MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
400–400 ₼
Biznes kreditlər üzrə Təcrübə proqramı (Naxçıvan)
Müraciət et